Alternative content

23:03 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:42 17.07.2019

Prezident İlham Əliyevin bu il iyunun 22-də verdiyi Sərəncamla səmərəli fəaliyyətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması Prezident İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən biridir.

Nazir, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə Prezident tərəfindən daim böyük qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdıraraq qeyd edib ki, dövlət qulluqçularının təltif edilməsi də bunun növbəti təzahürü və dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM