Alternative content

02:07 24 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:38 17.07.2019


İyulun 16-da Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Birgə İşçi Qrupunun həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlərin, aparılan danışıqların Azərbaycan-Əfqanıstan əməkdaşlığının inkişafı üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazası yaradılıb, 15-dək sənəd imzalanıb, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb.

S.Məmmədov ötən il iki ölkənin ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün imkanları qeyd edib.

Ölkələr arasındakı tranzit əməkdaşlığından danışan Birgə İşçi Qrupunun həmsədri ikitərəfli tranzit yük daşımalarının həcminin artırılması istiqamətində görülmüş işlərin, bu sahədə "Tranzit Ticarət və Nəqliyyat üzrə əməkdaşlıq haqqında Saziş”in (Lapis Lazuli marşrutu) imzalanmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit əməkdaşlığının genişləndirilməsinə yeni imkanlar açır.

İclasda Azərbaycanda aparılan iqtisadi islahatlar, iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib, dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş müşaviri, Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Humayun Qayumi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişlənməsində iş adamları arasında görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

İclasda ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, təhsil, səhiyyə, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Sonda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun iclasının yekunlarına dair protokol imzalanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM