Alternative content

14:36 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı açıqlaması
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı açıqlaması
ANA SƏHİFƏ / SİYASƏT
00:31 17.07.2019


Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Keşikçidağ mağaralar kompleksi ərazisində bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Məlum olduğu kimi, iki gün əvvəl bir qrup şəxs Keşikçidağ mağaralar kompleksi ərazisində Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozaraq Azərbaycan sərhədçilərinə hücum edib, onları nalayiq ifadələrlə təhqir edib və güc tətbiq edərək silah-sursatlarını əllərindən alıblar. Bununla bağlı nə söyləyə bilərsiniz?

- Bəli, təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib. Güman edirəm ki, bu insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz ki, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.

- Bugünə qədər Keşikçidağ mağaralar kompleksi ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir. Bu barədə danışmağınızı xahiş edirik.

- Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır.

- Növbəti mərhələdə komissiyalar çərçivəsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, Gürcüstan və Azərbaycan komissiyalarının işində uzun fasilələr olub. Bu fasilələrə səbəb partnyorların tez-tez dəyişməsidir. Azərbaycan tərəfi komissiyaların iclaslarının davamlı və ardıcıl olması üçün səylər göstərib. Bu il mayın 23-24-də Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti 12-ci iclasda komissiyaların işçi qrupları səviyyəsində dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrinə yerində baxış və müvafiq ölçmə işlərinin aparılması barədə razılıq əldə olunub və tərəfimizdən bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsi təklif edilib. Həmin görüşün nəticələrinə görə, komissiyaların növbəti iclasının Gürcüstanda keçirilməsi nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM