Alternative content

07:56 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:29 23.10.2019 Diplomatik zərbə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlər münasibətlərin inkişafına töhfə verir
Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlər münasibətlərin inkişafına töhfə verir
ANA SƏHİFƏ / SİYASƏT
00:30 17.07.2019


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Volkan Bozkır və Sofio Katsaravanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edib.

Nazir Elmar Məmmədyarov üçtərəfli formatda Xarici İşlər nazirləri tərəfindən mütəmadi olaraq səmərəli görüşlərin keçirildiyini qeyd edərək, qanunverici qurumlar səviyyəsində üçtərəfli iclasların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və parlament diplomatiyasının əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və mövcud formatın genişləndirilməsi məqsədilə faydalı fikir mübadiləsinin aparıldığını bildirən qonaqlar hər üç ölkənin Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyinə əminliklərini ifadə ediblər. Qonaqlar regionda mövcud olan münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıblar.

Öz növbəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirib.

Görüşdə tərəflər, həmçinin hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM