Alternative content

01:50 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
ANA SƏHİFƏ / SİYASƏT
00:29 17.07.2019


"Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçib-seçilmək hüququ verilmişdi. Bir çox qabaqcıl ölkələrdə isə qadınlara bu hüquq illər sonra verildi”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Avropa Şurasının gender bərabərliyi bölməsinin rəhbəri Katerina Boloqnesenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə söyləyib.

Komitə sədri qeyd edib ki, qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Hazırda Azərbaycanda gündən-günə genişlənən qadın hərəkatı var. Ölkəmizdə gender bərabərliyinin, qadın hüquqlarının təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Bu gün Azərbaycan xanımları dünyaya fəal qadın nümunəsi göstərirlər.

Hicran Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən iqtisadi və sosial inkişaf, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlər, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan Hicran Hüseynova deyib ki, münaqişə nəticəsində çoxlu sayda azərbaycanlı qadın zorakılığa məruz qalıb. Qadın zorakılığına qarşı mübarizəyə dair beynəlxalq sənədlər qəbul edilərkən bu amil də nəzərə alınmalıdır. Bu qadınlar təkcə fiziki deyil, eyni zamanda, mənəvi zorakılığa da məruz qalıblar. Bu məsələ ilə bağlı birgə fəaliyyət müsbət nəticələr verə bilər.

Qonaqlar Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin təqdirəlayiq olduğunu bildiriblər.

Görüşdə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM