Alternative content

01:47 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Əhali Fondu ilə birgə Şəkidə növbəti regional konfrans keçirilib
BMT-nin Əhali Fondu ilə birgə Şəkidə növbəti regional konfrans keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:28 17.07.2019


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə "Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verilib. Məqsəd "Qahirə+25” konfransına hazırlıq prosesində respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır.

Kampaniya çərçivəsində ilk olaraq ombudsman BMT-nin Əhali Fondu ilə birlikdə Lənkəran şəhərində Ümumdünya Əhali Gününə həsr edilmiş regional konfrans keçirib. Hazırda adıçəkilən kampaniya uğurla davam etdirilir və müvəkkil növbəti regional konfransı Şəki şəhərində keçirib.

Ombudsman konfransda çıxış edərək bildirib ki, tədbir Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu günlərdə keçirilir. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin inkişafında yeni mərhələyə yol açıb.

E.Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixi barədə danışıb. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqada keçirilmiş "Qahirə+5” konfransının məqsəd və məramları barədə məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilib. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir.

E.Süleymanova qeyd edib ki, Konstitusiyamızın 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir.

Müvəkkil insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə də ətraflı məlumat verib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ailə, qadın və uşaq məsələlərinin Azərbaycan dövlətinin diqqətində olduğunu bildirib, bu sahədə müsbət statistik tendensiya barədə məlumat verib, qadınlara və uşaqlara xüsusi qayğı göstərildiyini vurğulayıb. O, səmərəli əməkdaşlıq etdiyi ombudsmanın daim insan hüquqları baxımından bu mövzulara böyük önəm verdiyini qeyd edərək, eyni zamanda, ailə planlaşması üzrə müvafiq işlərin aparılmasının, "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin daha da təkmilləşdirilməsinin və digər məsələlərin vacibliyini diqqətə çatdırıb.

Konfransda rayonların təmsilçilərinin də çıxışları və təklifləri dinlənilib.

Kampaniya çərçivəsində növbəti konfrans Gəncədə keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM