Alternative content

00:36 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Düşərgə iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Düşərgə iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:27 17.07.2019


Şahdağ Turizm Mərkəzində təşkil olunan "YayFest” gənclər düşərgəsinin iştirakçıları iyulun 16-da tanınmış incəsənət xadimləri və media nümayəndələri ilə görüşüb, müxtəlif mövzularda təlimlərə qatılıblar.

AZƏRTAC xəbər verir ki, düşərgədə Bakıdan və regionlardan müsabiqə əsasında seçilən 500-dən çox gənc iştirak edir.

Azərbaycan Respublikası Gənclər Fondunun, Dövlət Turizm Agentliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil olunan düşərgənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclər arasında təhsilin və sağlam həyat tərzinin təşviqidir.

Günün ikinci yarısında Quba Soyqırımı Memorial Kompleksinə gələn düşərgə iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bildirib ki, 101 il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, Quba, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Beş gün davam edəcək düşərgənin gedişində gənclərlə azərbaycançılıq ideologiyası, tarix, incəsənət, sosial media, innovasiya və başqa mövzularda təlim və seminarlar təşkil edilir, mühazirələr dinlənilir və müzakirələr aparılır. Həmçinin iştirakçılar komanda işlərinə, əyləncəli oyunlara, düşərgənin keçirildiyi regiondakı tarixi-mədəni və təbiət ərazilərinə səfərlərə cəlb olunurlar.

Hər günün sonunda gənclər üçün estrada ulduzlarının iştirakı ilə xüsusi konsert proqramı və filmlərin nümayişi təşkil edilir.

Layihə çərçivəsində gənclər üçün kütləvi hərbi-hazırlıq təlimləri də təşkil olunacaq. Təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM