Bu ilin yanvar-iyun aylarında ölkədən 25 min 462 ton şəkər tozu ixrac edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə ixrac edilən şəkər tozunun dəyəri 11 milyon 186 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 12 milyon 383 min dollarlıq 20 min 813 ton şəkər tozu ixrac olunmuşdu.