Alternative content

01:52 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İş Qadınlarına Dəstək” İctimai Birliyi yaradılıb
“İş Qadınlarına Dəstək” İctimai Birliyi yaradılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:22 17.07.2019


İştirakçılar tədbirdən əvvəl sahibkar qadınların rəsm və məhsullarından ibarət sərgisi ilə tanış olublar. Sonra "İş Qadınlarına Dəstək” İctimai Birliyinin fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

İB-nin sədri Vəfa Muradzadə qurumun əsas məqsədi, fəaliyyət istiqamətləri və hədəflərindən danışıb. Qeyd edib ki, "İş Qadınlarına Dəstək” İB-nin məqsədi ölkədə yüksək potensiala və dayanıqlı əsaslara malik olmaq, o cümlədən dövlət və cəmiyyət həyatında aktiv fəaliyyət göstərməkdir. Həmçinin iş qadınlarına dəstək olmaqla yanaşı, ölkədə iqtisadi, sosial inkişaf və gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, sahibkarlıq və informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində qadınların maarifləndirilməsinə kömək etməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda dövlət qadın siyasəti çox uğurla həyata keçirilir.

"Bu gün ölkəmizdə gənc qızlarımızın, qadınların iş qurmağı, sahibkar kimi fəaliyyət göstərmələri bizi çox qürurlandırır. Qadınların belə tədbirlərdə cəsarətlə öz fikirlərini bölüşməsi, gələcək perspektivlə bağlı düşüncələri gördüyümüz işlərin heç də əbəs olmadığını sübut edir. Bütün bunlar ölkəmizdə aparılan dövlət qadın siyasətinin bariz nümunəsi və nəticəsidir”, - deyə o qeyd edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM