Alternative content

07:03 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Donald Trampın rəqibi varmı?
Donald Trampın rəqibi varmı?
ANA SƏHİFƏ / DÜNYA
00:20 17.07.2019


ABŞ Prezidenti Donald Trampın 2016-cı ildə andiçmə mərasimi anından bəri reytinqi maksimal göstəriciyə çatmışdır. Buna ABC teleşirkətinin və "Washington Post” qəzetinin sifarişi ilə "Langer Research Associates” sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri dəlalət edir.

Bildirilir ki, ABŞ Prezidentinin reytinqinin bu cür yüksəlişi onun administrasiyasının həyata keçirdiyi uğurlu iqtisadi siyasətlə əlaqədardır.

Sorğunun nəticələrindən məlum olur ki, Trampın dövlət başçısı vəzifəsində fəaliyyətini respondentlərin 44 faizi bəyənir. Tədqiqat iştirakçılarının 53 faizi isə əks fikirdədirlər. Təxminən 3 faiz heç bir cavab verməmişdir.

Bundan əvvəl ABC ilə "Washington Post”un keçirdiyi bütün sorğularda Trampın fəaliyyətinə 42 faizdən çox respondent müsbət qiymət verməmişdir. Bu göstərici 2017-ci ilin aprelində qeydə alınmışdı. Həmin vaxt dövlət başçısının həyata keçirdiyi tədbirlər barədə 53 faiz mənfi rəy söyləmişdi.

Tədqiqatçıların qiymətləndirməsinə görə, Trampın populyarlığının artması respondentlərin əsasən onun iqtisadi sferadakı siyasətini uğurlu hesab etməsi ilə bağlıdır. Sorğu iştirakçılarının 51 faizi bu siyasəti bəyənir, 42 faizi isə narazılığını bildirir.

Eyni zamanda ABŞ Prezidentinin xarici siyasətini respondentlərin 40 faizi effektiv, 55 faizi isə qeyri-effektiv hesab edir.

Sorğuda iştirak edənlərin 37 faizi bu fikirdədir ki, ABŞ Konqresi Trampın impiçment proseduruna başlamalıdır. 59 faiz isə buna əks fikir söyləyir.


Seçkilərdə perspektivlər


Sorğuda iştirak etmiş respondentlərə "prezident seçkiləri bu gün keçirilsəydi, onlar hansı namizədi dəstəkləyərdi” sualı da verilmişdir. Onlar Donald Tramp və Demokratlar Partiyasından prezidentliyə namizəd irəli sürülmək üçün hazırda ən çox şansa malik olan beş namizəddən biri arasında seçim etməli idilər. Bu beşliyə sabiq vitse-prezident Co Bayden, Vermont ştatında senator Berni Sanders, Saut-Bend (İndiana ştatı) şəhərinin meri Pit Buttecac, Massaçusetsdən senator Elizabet Uorren və Kaliforniyadan olan senator Kamala Harris daxildirlər.

Sorğunun nəticələrinə əsasən, Tramp adıçəkilən beş siyasətçinin hər birinə məğlub olardı. Demokratların namizədi Bayden olsaydı, o, seçicilərin 55 faiz səsini, Tramp isə 41 faiz səsini qazanardı. Sanders Trampa 51 faiz səslə qalib gələrdi. Respublikaçının nəticəsi isə 45 faiz olardı. Uorren Tramp üzərində 51 faiz və 44 faiz səs nisbəti ilə qələbə əldə edərdi. Harris və Buttecac üçün isə nəticələr müvafiq olaraq 51 faiz - 43 faiz və 48 faiz - 44 faiz demokratların xeyrinə olardı.

ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. Növbəti prezident kampaniyası zamanı partiya fəallarının ilk iclasları gələn il fevralın əvvəlində Ayova və Nyu-Hempşir ştatlarında keçiriləcək. Həmin seçkilərdə demokratların və respublikaçıların milli qurultaylarına nümayəndələr seçiləcək.

Demokratlar Partiyasının milli qurultayı gələn il iyulun 13-dən 16-dək Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq. Orada prezidentliyə namizəd irəli sürüləcək.

Respublikaçılar isə öz qurultaylarını 2020-ci il avqustun 24-dən 27-dək Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.

Rizvan CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM