17 Iyul 2019 00:18
594
DÜNYA
A- A+

Çində milli prioritetə çevrilən sahə


Çin Xalq Respublikasının Əmək Ehtiyatları və Sosial Təminat Nazirliyinin hesabatında bildirilir ki, kiberidman sahəsində çalışan işçilərin 86 faizi ölkədə üçqat əməkhaqqı ala bilir. Özü də bu sektorda iş yerlərinin cəmi 15 faizi tutulmuşdur. Bu isə yaxın 5 il ərzində təxminən iki milyon əməkdaş üçün tələbat yaradır.

Beynəlxalq kiberidmanın artan rolunu qeyd edən nazirlik 13 yeni ixtisası milli məlumat kitabına daxil etmişdir. Bunların arasında "kiberidmançı” və "kiberidman meneceri” ixtisasları da var.

Beynəlxalq yarışların sayəsində kiberidman böyük, sürətlə inkişaf edən sənayeyə çevrilmişdir.

2019-cu ildə dünyada kiberidman tamaşaçılarının ümumi sayı 454 milyona çatmışdır. Bu, ötən illə müqayisədə 15 faiz çoxdur. Gözlənilir ki, Çində kiberidman həvəskarlarının sayı 75 milyona çatacaq.

Daha çox adamın kiberidman sənayesində işləmək istəməsinə baxmayaraq hələ də mütəxəssis çatışmazlığı mövcuddur. Sənayenin irəli sürdüyü tələbatı təmin etmək üçün ölkədəki bir çox kolleclər müvafiq tədris kursları açmışdır. Həmin kurslarda yayım apara bilən təşkilatçılar, texniki işçilər və digər mütəxəssislər hazırlanır.

Kiberidmanda təhsillə yanaşı, Çin hökuməti həm də ictimaiyyətin bu sənaye barədə biliyini artırmaq istəyir. Dövlət dəstəyi sayəsində adamlar daha fəal şəkildə bu sahəyə gələcək. Bu isə öz növbəsində milli və qlobal səviyyədə sənayenin inkişafına kömək edəcək.

Hazırda Çində 5 mindən çox kiberidman komandası fəaliyyət göstərir.

Bundan əlavə, kiçik və orta kiberidman tədbirlərində iştirak edən çoxsaylı yarıpeşəkar və həvəskar oyunçular var. Ekspertlərin dediyinə görə, ölkədə kiberidmançıların ümumi sayı 500 min nəfərdən çoxdur.

Kiberidman komandaları müxtəlif səviyyəli oyunçulardan, məşqçilərdən və analitiklərdən ibarətdir. Əməkdaşlar turnirlərdə iştirak, oyun kontentinin tədqiqatı, analiz, oyunların hazırlanması və testdən keçirilməsi ilə məşğuldurlar.

Kiberidmanda oyunçuların əksəriyyəti kollec, yaxud orta məktəb şagirdləridir. Onların əməkhaqqı orta göstəricidən yüksəkdir. Ən yaxşı idmançılar ildə bir milyon yuan və daha çox qazana bilir.

Ötən il kiberidman İndoneziyanın paytaxtı Cakartada keçirilmiş Asiya oyunlarında rəsmən tanınmışdır.

Ölkənin milli siyasət səviyyəsinə uyğun olaraq idmana dəstək də gücləndirilir. Şandunda, Çjetszyanda, Xunanda, Lyaonində, Anxoyda və digər vilayətlərdə də kiberidman mərkəzlərinin tikintisi və inkişafı bu sahədə məşğulluğun artmasına gətirib çıxarmışdır.

Kiberidman istedadlarının axtarışını və hazırlığını sürətləndirmək üçün Təhsil Nazirliyi kiberidmanı və oyunları aspiranturaya və peşəkar proqrama daxil etmək barədə qərar qəbul etmişdir. Hazırda kolleclərdə və universitetlərdə kiberidman ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Universitetlər, o cümlədən Çin Rabitə Universiteti, Sıçuan Kino və Televiziya Kolleci kiberidmanla əlaqəli ixtisaslar təklif edir. Bir çox digər peşə məktəbləri də kiberidmanın idarəçiliyi ilə əlaqəli proqramlar təqdim edir.

Ötən il Çində 500-dən çox kiberidman yarışı keçirilmişdir.

Ölkə ən nüfuzlu kiberidman bazarlarından birinə çevrilmişdir. Bu sahənin oyunçularına, analitiklərinə və məşqçilərinə tələbat heç vaxt indikindən yüksək olmamışdır.

Gözlənilir ki, 2020-ci il üçün ölkənin kiberidman sahəsinin ümumi istehsalat həcmi 21,1 milyard yuan təşkil edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video