16 Iyul 2019 17:07
618
DÜNYA
A- A+

Rusiyada Avropanın ən böyük almazı aşkar olunub


Rusiyanın Arxangelsk vilayətinin Mezensk rayonundakı mədəndə çəkisi 222,09 karat olan almaz aşkar olunub. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu qiymətli daş Avropanın ən böyük almazıdır.

Qeyd olunub ki, bu vaxtadək V.Qrib adına mədəndə aşkar olunan ən böyük almaz 181,68 karat olub. Onu "Arxangel Mixail” adlandırıblar. Yeni almaza da ad veriləcəyi bildirilir. Bundan başqa, iyulun 13-də həmin mədəndə nadir limon rəngində və yüksək zərgərlik dəyəri olan 47,61 karatlıq almaz da çıxarılıb. İyulun 8-də isə qiymətli və çəkisi 81,02 karat olan daha bir iri almaz tapılıb.

TASS agentliyinin məlumatında bildirilir ki, çıxarılan almazların hamısı satışa çıxarılacaq. Onlar dünya bazarında satılacaq, əsas alıcılar isə İsrail və Belçika kimi dövlətlərdir. Almaz bazarı Niderlandın Antverpen şəhərində yerləşir.

V.Qrib adına mədən dünyanın ən iri almaz yataqlarından biridir. O, qiymətli daş ehtiyatlarına görə Rusiyada dördüncü, dünyada isə yeddinci yeri tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video