16 Iyul 2019 16:43
474
SİYASƏT
A- A+

Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb


Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyulun 16-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərindən danışan Baş Nazir Novruz Məmmədov ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində yaxşı əlaqələrin olduğunu bildirərək deyib: "Ölkələrimiz və xalqlarımız arasındakı dostluq və tərəfdaşlıq münasibətləri həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar sayəsində daha da möhkəmlənib. Əminəm ki, sizin səfəriniz də ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə öz müsbət töhfəsini verəcək”.

İki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Novruz Məmmədov cari ilin iyununda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına etdiyi səfəri məmnunluqla xatırladıb. Baş Nazir iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Baş Nazir Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.

Ədliyyə naziri Valid bin Mohammad Al-Samaani Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Cari ilin əvvəlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladan nazir Valid bin Mohammad Al-Samaani iyulun 15-də isə Əməkdaşlıq Proqramının imzalandığını söyləyib. Qonaq Azərbaycanın ədliyyə sahəsində tətbiq etdiyi informasiya resursları, o cümlədən "Elektron məhkəmə” informasiya sistemi ilə tanış olduqlarını bildirərək deyib: "Ölkələrimiz arasında məhkəmə-hüquq sistemi və qanunvericilik sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var. Səfərimizin məqsədi də müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə töhfə verməkdir”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video