16 Iyul 2019 16:36
701
Mədəniyyət
A- A+

Bakıda Dünya İslam Kulinariya Konqresinin açılışı olub


İyulun 16-da "Dreamland Golf Club Baku” kompleksində Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi (MKA) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Dünya İslam Kulinariya Konqresinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti Gökhan Tufan çıxış edib. O, belə bir tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Dünyada 2 milyarda yaxın insanın İslam dininə sitayiş etdiyini söyləyən Gökhan Tufan bu konqresin keçirilməsində əsas məqsədin islam ölkələrinin kulinariyasını bir araya gətirmək və təbliğ etmək olduğunu deyib.

Tədbirdə MKA-nın prezidenti, professor Tahir Əmiraslanov konqres barədə geniş məlumat verib. Bildirib ki, bu gündən Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Konqresdə 24 ölkə iştirak edir.

Qeyd edib ki, tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadıçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WICS-in daxili işləri, proqramı, yeni layihələri müzakirə ediləcək. Tədbir çərçivəsində, həmçinin II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil olunacaq. Bu, peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq.

Vurğulanıb ki, tədbir zamanı "Halal” sərgi keçiriləcək. "Halal” sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. Üç gün ərzində şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər. Konqres zamanı ilk dəfə dünyada "Hilal Star” mükafatı Azərbaycanda bir restorana veriləcək ki, bu da dünya kulinariya tarixində çox böyük əhəmiyyətə malik olacaq. Tədbir daxilində WICS münsiflər treninqi də keçiriləcək. Ölkəmizin aparıcı usta aşpaz və ya ali peşə təhsili alan mütəxəssislər beynəlxalq WICS münsif sertifikatı ala biləcəklər.

Konqres çərçivəsində daha bir möhtəşəm tədbirin olacağını söyləyən Tahir Əmiraslanov deyib ki, keçən il Rusiya vətəndaşları üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən start verilmiş "Azərbaycan mətbəxi "YouTube” kanalında” müsabiqəsinin qalibləri, layihənin müəllifi və idarəçisi, NTV kanalının aparıcısı Stalik Xankişiyevin rəhbərliyi altında hamının qarşısında mətbəxlərdə yarışacaqlar. Həmçinin "Azərbaycanın Tovuz bölgə mətbəxi” axşamı keçiriləcək.

T. Əmiraslanov ötən il nəşr olunan "Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitab barədə də məlumat verib. Vurğulayıb ki, kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESKO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edilib. Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir.

Tədbirdə WICS-in baş katibi Əli Nouman, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək konqres barədə öz fikirlərini bölüşüblər.

Sonra "Hilal star" brendinin təqdimatı olub. Birulduzlu "Hilal star" "Turan" restoranına verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video