16 Iyul 2019 16:27
1768
PARLAMENT
A- A+

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri Milli Məclisdə olublar


İyulun 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Sevinc Fətəliyeva Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyib. Bildirilib ki, ölkəmiz müsəlman Şərqində ilk dəfə demokratik, parlamentli dövlət qurub. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi təntənəli surətdə qeyd olundu. Hazırda ölkəmizdə siyasi, iqtisadi, sosial, humanitar sahələrdə əhəmiyyətli islahatlar aparılır. Enerji sektorunda həyata keçirilən qlobal layihələrdə ölkəmiz fəal iştirak edir. Biz region və dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq. Ölkəmizdə multikultural, tolerantlıq kimi dəyərlər geniş təbliğ olunur. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, dövlətimizin sürətli inkişafında parlament önəmli rol oynayır. Bütün strukturlarda olduğu kimi, parlamentdə də qadınlar yüksək səviyyədə təmsil olunur. Qanunverici orqanda həyatın müxtəlif sahələrini əhatə edən komitələr formalaşıb. Xarici ölkələrlə əlaqələr üzrə parlamentlərarası işçi qrupları mövcuddur. Deputatlarımız qanun yaradıcılığı ilə yanaşı, mötəbər beynəlxalq təşkilatlarda da fəal iş aparırlar.

Sevinc Fətəliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə sosial, təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib. Azərbaycanda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandez səfərin məqsədinin Azərbaycanın beynəlxalq əməkdaşıq sahəsində təcrübəsinin öyrənilməsindən ibarət olduğunu söyləyib. O, ölkəmizdə müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) uğurlu fəaliyyəti barədə söhbət açıb. Qurumun dünyanın müxtəlif bölgələrində mövcud olan sosial problemlərin aradan qaldırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Qonaq təmsil etdiyi təşkilatla AIDA arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan dünyada getdikcə daha böyük nüfuz qazanır.

Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video