16 Iyul 2019 13:05
1071
CƏMİYYƏT
A- A+

Günəş şüalarının dəriyə təsiri


Bütün canlılar üçün həyat mənbəyi sayılan günəş şüaları insanı depressiyadan qoruyur. Mütəxəssislər həmçinin günəş şüalarının D vitamini qaynağı olmaqla yanaşı, antibakterial təsirə malik olduğunu və qan dövranını yaxşılaşdırdığını da bildirirlər. Lakin bütün xeyirli cəhətləri ilə yanaşı xüsusən son dövrlər azon təbəqəsinin incəlməsi yer səthinə düşən radiasiyanın miqdarının normadan artıq olması günəşin insan səhhətinə neqativ təsirini artırır.

Qeyd edək ki, Yer kürəsinə A və B tipli ultrabənövşəyi şüalar düşür. B tipli şüalar insan dərisi üçün xeyirli olmaqla yanaşı dərinin rənginin dəyişməsinə də təsir göstərir. A tipli şüalar isə dərini qocaldır, qırışların, hətta bədxassəli şişlərin yaranmasına səbəb olur.

Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova AZƏRTAC-a dediyinə görə, günəşin digər bir zərərli təsiri isə allergiyalar şəklində özünü göstərir. Məsələn, kosmetik vasitələr, ətirlər, dəriyə çəkilən müxtəlif kremlər günəş şüaları ilə birləşərək həssas dərilərdə allergik reaksiyalar yaradır: "Günorta saatlarında günəş şüalarının təsiri çox güclü olur. Xüsusilə qan təzyiqi olanlarda arterial təzyiqin yüksəlməsinə, ürək-damar sistemi xəstəlikləri riskinin, məsələn, infarkt, stenokardiya kimi xəstəliklərin, xüsusilə dəridə ləkələrin əmələ gəlməsinə səbəb olur.

Səhər saat 7-dən 11-dək, axşam saat 4-dən sonra böyüklərin və xüsusən kiçik yaşlı uşaqların günəş şüaları altında olması daha çox məsləhətdir. Xüsusən ağ və zərif dərisi olanlar günəş şüalarına qarşı daha diqqətli olmalıdırlar. Belə ki, həmin dəri tipi günəşə qarşı daha həssas olur. Onların günəş altında çox dayanmaması və bol maye qəbul etməsi lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video