Alternative content

17:15 19 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
ANA SƏHİFƏ / İDMAN
13:02 16.07.2019

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, bunu iyulun 16-da Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.

Nümayəndə heyətinin ümumilikdə 198 nəfərdən ibarət olacağını vurğulayan H.Rzayev qeyd edib ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

AZƏRTAC "EYOF 2019” XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM