Alternative content

03:14 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 50 ölkə, 10 idman növü, 3600-dən çox atlet
50 ölkə, 10 idman növü, 3600-dən çox atlet
ANA SƏHİFƏ / İDMAN
00:50 16.07.2019


Bakı XV Avropa Gənclər Yay Olimpiya Festivalını qəbul etməyə hazırlaşır


Bir neçə gündən sonra ölkəmiz XV Avropa Gənclər Yay Olimpiya Festivalının estafetini qəbul edəcək. İyulun 21-27-də təşkil olunacaq və əsasən də 14-18 yaşlı gənc idmançıların mübarizə aparacağı yarışa ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox atlet və texniki nümayəndə heyəti qatılacaq. 12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.


Nümunəvi təşkilatçılıq modeli


2018-ci il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Təşkilat Komitəsinin ötən bir il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnəkdir. Çünki əminliklə deyə bilərik ki, Avropa ölkələrinin federasiya nümayəndələri, idmançıları, şəhərimizin qonaqları Azərbaycanda aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış mərasimindən heyrətə gələcəklər.

Yarışların açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manatdır. Hər iki mərasim "Baku Crystal Hall”da keçiriləcək. Digər idman arenalarında təşkil ediləcək yarışları isə tamaşaçılar sərbəst şəkildə gəlib izləyə biləcəklər.

İdmançıların qalacaqları Atletlər Kəndi də onları qəbul etməyə tam hazırdır. Atletlər Kəndi I Avropa və IV İslam Həmrəyliyi oyunları zamanı idmançıların qaldıqları və yüksək səviyyədə şəraiti olan məkandır.


Gənc idmançıları bir araya gətirən festival


Xatırladaq ki, Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını, dəyərlərini və ideallarını öyrətmək, təbliğ etmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdü. 14-18 yaşlılar arasında gənc avropalı idmançıları bir araya gətirən yarış ilk dəfə 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib.

İki ildə bir dəfə (cüt deyil, tək illərdə) - qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları və ya Panamerika Gənclər Oyunları kimi ənənəni Avropada davam etdirmək imkanını yaradır.

Festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququnu qazanır.


Doğma divarlar növbəti zəfər meydanı olacaq


Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar. Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo və atletika idman növlərində əldə olunub. Azərbaycanın yeniyetmə idmançıları buna qədər keçirilmiş Avropa Yeniyetmələrinin 13 Olimpiya festivalından 10-da iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş, 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i cüdoçularımızın (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-si isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.

Xatırladaq ki, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan XIII Avropa Gənclərinin Olimpiya Festivalı atletlərimiz üçün uğurlu olmuşdu. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutmuşdular.

2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən Yeniyetmələrin sayca XIV Olimpiya Festivalında isə qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb. Komandamız yarışın yekununda 50 ölkə arasında 33-cü yeri tutub. 41 idmançı ilə turnirə yollanan yığmamız iki medalla kifayətlənməli olub. Cüdoçulardan 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova festivalın gümüş medalına layiq görülüb. Adil Kərimli isə (-90 kq) bürünc medal qazanıb.

Rusiya yığması 30 qızıl, 19 gümüş və 12 bürünc medalla ümumi komanda hesabında birinci yeri tutub. 14 qızıl, 11 gümüş, 13 bürünc medal əldə edən İtaliya millisi ikinci olub. Ev sahibləri isə festivalda 13 qızıl, 14 gümüş və 14 bürünc medala yiyələniblər.


Turnirin talismanları


Hər bir mötəbər idman yarışının talismanı da həmişə xüsusi diqqət mərkəzində olub. "Bakı-2019”un rəsmi talismanları Cırtdan və Bəbirdir. Tərcümədə "kiçicik” mənası daşıyan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərinə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan Divin başını qataraq özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən nadir cinslərdən birinə çevrilmişdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM