Dünən İsveçdə kiçik təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olmuşdur. Hadisə ölkənin şimalında, Umeo şəhəri yaxınlığında baş vermişdir. Bu barədə "Rosbalt” agentliyi xəbər verir.
Məlumata görə, təyyarə havaya qalxdıqdan 40 dəqiqə sonra fəlakət siqnalı daxil olmuşdur.
Yerli KİV-in xəbərinə görə, göyərtədə paraşütçülər varmış.
Qəza yerinə yollanan xilasetmə xidmətləri təyyarədə olanların hamısının öldüyünü təsdiqləmişdir.