Alternative content

14:32 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstan DTX ölkə ərazisinə gizli yolla 70 kiloqramdan çox radioaktiv maddə gətirən Ermənistan vətəndaşını saxlayıb
Gürcüstan DTX ölkə ərazisinə gizli yolla 70 kiloqramdan çox radioaktiv maddə gətirən Ermənistan vətəndaşını saxlayıb
ANA SƏHİFƏ / DÜNYA
18:17 15.07.2019

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə ərazisinə gizli yolla külli miqdarda radioaktiv maddə gətirən Ermənistan vətəndaşını saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumatda deyilir ki, DTX-nın əks-kəşfiyyat departamenti Gürcüstan-Ermənistan sərhədinin "Sadaxlo” sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşının idarə etdiyi mikroavtobusda ümumi çəkisi 71,63 kiloqram olan "Torium 232” izotopu aşkarlayıblar.

"Torium 232” izotopu yüksək radioaktiv xüsusiyyətə malik nüvə materialıdır. Kimyəvi maddə xüsusi vasitə ilə dördqat bükülsə də onun üzərindəki şüalanma 18 Mkz/saat təşkil edib.

Götürülmüş maddə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Araşdırmadan sonra radioaktiv maddəni Gürcüstandan keçməklə Rusiyaya aparmaq istəyən Ermənistan vətəndaşı Militos M. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib. Onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM