15 Iyul 2019 12:19
491
DÜNYA
A- A+

Erməni saxtakarlığının növbəti ünvanı Roma oldu

Türkiyə, Azərbaycan və yaxın Şərqdə tarixi abidələri və coğrafi məkanları saxtakarlıqla mənimsəmək istəyən erməni mətbuatının növbəti ünvanı Roma olub. AZƏRTAC xəbər verir ki, erməni jurnalistləri İtaliyanın ANSA informasiya agentliyində mayın 24-də dərc olunmuş xəbəri özünəməxsus "erməni uydurması” prizmasından təhlil edib və belə qərara gəliblər ki, Romanın mərkəzində - imperator Trayanın adını daşıyan forumun və onun məşhur sütunlarının yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı tapılan heykəl başı da "əzabkeş millətin” uydurma ilahəsinə məxsus imiş.

ANSA agentliyinin xəbərində bildirilir ki, Roma Arxeologiya İdarəsinin apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən mərmər heykəlin başının neçənci əsrə və kimə aid olduğu məlum deyil. Arxeoloqları təəccübləndirən isə, bu heykəl başının ideal vəziyyətdə qalması, yalnız burnunun qırılmasıdır. Təxminən 50 gündən sonra bu xəbəri təhlil edən ermənilər öz adətləri üzrə onu "özəlləşdirmək” qərarına gəliblər. Onlar iddia ediblər ki, romalıya məxsus olan bu heykəl başı Yaxın Şərq panteonları ilahəsi və guya erməni olmuş Anaitə bənzəyir. Bu minvalla "əzabkeş xalqın” mətbuatının tezliklə Amerikadakı qədim mayaların və inklərin tarixi-mədəni abidələrini də öz adlarına çıxacağı təəccüblü olmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video