Alternative content

09:43 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölüb dirilməyin sirri
Ölüb dirilməyin sirri
ANA SƏHİFƏ / Elm və texnika
00:32 14.07.2019


"Kaş, insanları dondurub, gələcəkdə oyandıracaq bir elmi üsul olardı. Bunun sayəsində Amerikanın 100 il sonrasını bir günlük də olsa görüb, ondan sonra ölməyi rahat qəbul edərdim. Gələcəkdə elmimizin bunları da bacaracağına heç şübhəm yoxdur”.

Bu bir neçə sətirlik məktubu 1773-cü ildə Amerika Birləşmiş Ştatlarının qurucularından olan Benjamin Franklin həmin dövrün ölümü qabaqlama üzərində işlər aparan tanınmış tibb adamı Cek Duborqa yazmışdı.

İllər sonra bu yazılanlar xəyal və arzu olmaqdan çıxdı və dondurularaq, bir növ ölümsüzlüyə qovuşmağın təcrübəsi aparılmağa başlandı.

***

Krionika - kəskin aşağı temperaturda insan bədənini donduraraq, xarab olmadan vakuum şəraitində mühafizə etməkdir.

"Gələcəyinizə xoş gəldiniz!”. Bu sözlər həmin sahədə fəaliyyət göstərən Cryonics.org ünvanlı internet səhifəsinin girişində yazılıb. Orada insanların ölümlərindən dərhal sonra dondurularaq bu layihəyə daxil olacaqları bildirilir. Sonrakı proseslər barədə isə məlumat verilmir. Layihənin təməl məntiqi hazırda müalicəsi mümkün olmayan xəstəliklərin gələcəkdə tibbi üsullarla sağaldılması üzərində qurulub. Yəni hazırda müalicəsi olmayan xəstəliyə yaxalanan bir çox insan inanır ki, dondurulub saxlanılsa, həmin xəstəliyin müalicəsi tapılanda onları oyadıb sağaldacaqlar. Bununla da ölümdən qaçacaqlar.

İnsanları gələcəyə saxlamaq niyyəti ilə dondurmaq fikri ilk dəfə 1960-cı ildə yaranıb. O vaxtdan bugünə kimi dondurulma ilə bağlı mexanizmlər inkişaf etməyə başlayıb. Belə ki, artıq insanı diri-diri yox, ölən kimi dondurmağın və gələcəkdə diriltməyin mümkünlüyünü qeyd edirlər. Buna görə də dünyada 1500-dən çox insan öldükdən sonra dondurulmağa razılıqla bağlı bəzi şirkətlərlə müqavilə imzalayıb.

Kaliforniya Universitetinin psixologiya üzrə professoru, böyrək xərçəngindən əziyyət çəkən 73 yaşlı Ceyms Bedford Krionika İnstitutunda dondurulan ilk insan kimi tarixə düşüb. Professor 12 yanvar 1967-ci ildə dondurulub. C.Bedford xərçəngin artıq ağciyərlərinə metastaz verdiyini bildikdən sonra dondurulması barədə qərar verib. O dövr üçün krionika prosesi indiki dövrə nisbətən daha az inkişaf etdiyindən Bedfordun bədəni dondurulmuş vəziyyətdə saxlansa da, bəzi hüceyrələri zərər görmüşdü.

Bundan sonra krionika ilə maraqlanan elm adamları insan toxumalarına zərər verməyəcək dondurma üsulları üzərində çalışmağa başladılar. Bir neçə il ərzində daha 9 insan donduruldu. Lakin 1979-cu il krionika üçün faciəli il oldu. İnstitutda saxlanılan 9 bədən dəhşətli şəkildə çürümüşdü. Sonradan aydın oldu ki, Krionika İnstitutunun enerji izolyasiya sistemi 6 ildir işləmir, buna görə də soyutma sistemi tamamilə çöküb. İnstitutda yalnız ilk dondurulan insanın, professor Ceyms Bedfordun bədənini xilas etmək mümkün oldu. İndiyə kimi onun dondurulmuş bədəni bir neçə fərqli yerə aparılıb. Hazırda isə Arizonadakı "Alcor Life Extension Foundation” adlı təşkilatın binasında mühafizə edilir.

Bəs insan necə dondurulur? Birinci növbədə insanın damarlarındakı qan boşaldılır. Daha sonra bədənə antifriz və orqanları qoruyan kimyəvi qarışıq doldurulur. Donmaq üçün hazırlanan bədəni içərisində mənfi 196 dərəcədə maye azot olan silindrlərə yerləşdirirlər.

Qeyd edək ki, dondurulan insanlardan heç biri indiyədək oyadılmayıb. Çünki həmin xəstəliklərin hələ də birmənalı müalicəsi yoxdur.

Lakin bir köpək dondurulduqdan sonra dirildilib. 1992-ci ildə professor Paul Segal beagle cinsi olan sevimli iti Milesi dondurub. Kaliforniya Universitetində Milesin əvvəlcə qanı çəkilib, sonra dondurularaq öldürülüb. İt 70 dəqiqə klinik ölüm halında olub. Bundan sonra qanı təkrar damarlara vurulub. 3 yaş yarımında olan it həqiqətən dirilib və heç nə olmamış kimi həyatına qaldığı yerdən davam edib. Bununla da alim isbat edib ki, dondurulan insanlar da ayıldıqdan sonra həyatlarına davam edəcəklər. Bu təcrübə dondurulmağa inanan insanlar üçün o gündən bəri böyük bir sübut hesab olunur.

Maraqlıdır ki, dondurulmaq istəyən insanların sayı getdikcə artır. Dünyada bir gün diriləcəyini gözləyən yüzlərlə dondurulmuş insan var. Bu sahədə daha çox tanınan dünyanın 2 böyük şirkətində - "Alcor”da 148, Krioniks İnstitutunda 120 şəxsin bədəni dondurulub. Təkcə "Alcor” şirkəti ilə 1104 şəxs bədəninin dondurulması üçün müqavilə imzalayıb. 100-ə yaxın da ev heyvanı dondurulmuş vəziyyətdə saxlanılır.

Müqavilə imzalayanlara müayinə xaricində və ya Amerika hüdudlarından kənarda ölə bilərlər deyə, öz istəkləri ilə xüsusi qolbaq və boyunbağı verilir. Həmin aksessuarda öləcəkləri halda təcili olaraq haraya aparılmalı olduqları ünvan yazılıb. Üzərində belə bir qeyd də yer alıb: "Dəfn etməyin, yarmayın”.

Nəhayət, hər kəsi maraqlandıran sual: Bu işlər nə qədər məbləğə başa gəlir? Cryonics.org-un internet səhifəsində yazılıb: "Həyatın dəyəri daha yüksəkdir”. Bu şüardan belə məlum olur ki, ölüb yenidən dirilmək bahalı işdir.

Krionikanı ən ucuz həyata keçirən şirkətlərdən biri bütün bədəni dondurub saxlamaq üçün 28 min dollar tələb edir. Dünyanın bir nömrəli krionika şirkəti olan "Alcor” 150 min dollar istəyir. Bununla yanaşı, yalnız başı dondurub saxlatdırmaq variantı da var. Əgər oyandığınız zamanın texnologiyasında bir hüceyrədən bədən yaradıla biləcəyinə inanırsınızsa, öldükdən sonra yalnız başınızı kəsib dondururlar. Bunun qiyməti isə "Alcor” şirkətində təxminən 80 min dollardır.

Onu da bildirək ki, Türkiyə Qurtuluş Savaşının komandiri Çerkez Ethemin bacısı qızı Güner Kuban Amerikada yaşadığı 1980-ci illərdə "Alcor” şirkətinin Türkiyə təmsilçisi olub. O, 3 il öncə yerli mətbuata verdiyi müsahibəsində açıqlamışdı ki, Türkiyədə dondurulmaq istəyən 15 insan var. Onlardan biri tanınmış iş adamı idi. Ölən kimi meyiti Amerikaya göndərildi.

Güner Kuban özü də 1986-cı ildə həmin şirkətlə müqavilə imzalayıb. Dediyinə görə, "Alcor”la bədənini dondurmaq üçün müqavilə imzalayan ilk türkdür: "Mən, eyni zamanda dünyada ilk dəfə bədən canlı ikən dondurma müqaviləsi imzalayan şəxsəm. Mən xoşbəxt ölümə inanıram. İndiyə qədər xoşbəxt yaşadım. Hazırda da xoşbəxtəm. Gəzə, üzə, oxuya və yaza bilirəm. Bunlar məni xoşbəxt edir. Oxuyub yaza bilmədiyim, kədərli olduğum zaman Amerikaya gedərək özümü donduracağam”.

Görəsən həqiqətən nə vaxtsa bu insanlar diriləcəkmi? Bir qrup mütəxəssis hesab edir ki, bu mexanizm heç bir işə yaraya bilməz, həmin insanları diriltmək mümkün olmayacaq. Bütün bunlar sadəcə kommersiya marağı güdür, insanları aldadıb ümidlərilə alver edirlər. İngilis alim Barry Fuller də deyir ki, dondurulmuş insanları təkrar canlandırmaq çox uzaq xəyaldan başqa bir şey deyil: "Bu üsulla yalnız transplantasiya üçün orqanları qoruyub saxlamaq olar”. Krionika ilə məşğul olan şirkətlər isə bu iddiaları təkzib edir əlbəttə. Kimin haqlı, kimin haqsız olduğunu isə gələcək göstərəcək.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM