14 Iyul 2019 00:28
937
Səhiyyə
A- A+

Ömrü qısaldan dörd məhsul


Alimlər insan sağlamlığını korlayan və nəticədə ömrünü qısaldan 4 məhsulun adını açıqlayıblar.

Qırmızı ət:

Mütəxəssislər qırmızı ətin istehlakını həftədə 1 dəfəyə qədər azaltmağı tövsiyə edir. Bunun əvəzinə qidalanmada quş və balıq ətinin miqdarını artırmağı məsləhət bilirlər. Bu ət növləri daha faydalı sayılırlar.

Şəkər:

Əvvəllər belə hesab olunurdu ki, aterosklerozun əsas risk faktoru yağlı qidaların çoxlu miqdarda qəbuludur. Lakin son araşdırmalar göstərib ki, əslində aterosklerozun və damar problemlərinin əsas səbəbi yağlar deyil, şəkərdir. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün ilk səbəbi sayılır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində 25 qramdan artıq şəkəri (təxminən 6 çay qaşığı) istehlak etməyi tövsiyə etmir. Lakin gizli şəkər də (kolbasa-sosis məmulatlarının, şirin qazlı içkilər və s. məhsulların tərkibində) nəzərdə tutulmalıdır.

Emal olunmuş ət:

Mütəxəssislər kolbasa-sosis məmulatlarını insan sağlamlığı üçün olduqca ziyanlı hesab edir və bu kimi məhsullardan tam imtina etməyi və ya yalnız nadir hallarda istehlak etməyi tövsiyə edirlər.

Duz:

ÜST-ün yeni duz istehlakının norması belədir: gün ərzində 2 qram. Əvvəllər bu norma daha yüksək idi. Lakin müasir insanların az hərəkət etməyini və fiziki işlə az məşğul olduğunu nəzərə alaraq norma azaldılıb.

Burada da gizli duz nəzərə alınmalıdır. Belə duz çörəkdə, ət məhsullarında, hətta şirniyyatlarda da var. Bu səbəbdən mütəxəssilər yeməkləri duzsuz bişirməyi və ya onlara az miqdarda duz əlavə etməyi tövsiyə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video