14 Iyul 2019 00:14
774
Mədəniyyət
A- A+

Şəkili Əməkdar müəllim: “UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir”


"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox mühüm və tarixi bir qərardır. Bu, təkcə Şəkinin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin böyük uğuru və qələbəsidir. Bu sözləri AZƏRTAC-a Şəki şəhər 5 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Filyar İbrahimova deyib.

Xalqımızın adət-ənənələrinin, mədəni irsinin qorunub saxlanması və dünyada tanıdılması istiqamətində indiyədək mühüm addımların atıldığını, böyük uğurların əldə olunduğunu bildirən məktəbin direktoru bu sahədə Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uzunmüddətli məqsədyönlü fəaliyyətlərini xüsusi vurğulayıb. Filyar İbrahimova deyib: "Mehriban xanımın yorulmaz fəaliyyətinin nəticəsidir ki, hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESKO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi, həmçinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğu da Ümumdünya İrs Siyahısına salınıb. Eyni zamanda, Azərbaycanın aşıq sənətinin, Novruz bayramının, tar ifaçılığı sənətinin, Azərbaycan xalçasının, çövkən oyununun UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi də məhz Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin zəhmətinin nəticəsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video