13 Iyul 2019 16:12
481
CƏMİYYƏT
A- A+

Simpozium iştırakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumun iştirakçıları "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı qonaqlara tarixi heykəltəraşlıq binaları, meydan və Qala divarları barədə məlumat verilib. Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi ("Bazar Meydanı”) ərazisində müxtəlif dövrlərə aid bədii daşyonma sənəti nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib.

Simpozium iştirakçıları İçərişəhərdə 1169-cu ildə Nəcəf Аşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidini və Cümə məscidini ziyarət ediblər. Bildirilib ki, Cümə məscidinin XV əsrə aid olan, Abşeron əhəng daşından tikilmiş minarəsi 2016-cı ildə bərpa və konservasiya edilib.

Qonaqların diqqətinə çatdırılıb ki, İçərişəhərin dini mədəniyyətini əks etdirən tarixi-memarlıq abidələri vaxtilə xalqın ictimai-sosial inkişafına təsir göstərib. Belə ki, Orta əsrlərdə elm və təhsil sisteminin inkişafında məscidlər mühüm rol oynayıb. Ərazidə yerləşən dini abidələr memarlıq quruluşuna görə fərqlənir.

Sonda Simpozium iştirakçıları "Qız qalası”nın önündə xatirə şəkli çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video