13 Iyul 2019 10:39
477
SİYASƏT
A- A+

Hikmət Hacıyev Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə Londonda yerləşən və dünyanın ən qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Yeni Reallıqlar altında Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda (Azerbaijan’s Foreign Policy Priorities under New Realities) çıxış edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Diplomatiyasının 100 illiyinin böyük təntənə ilə keçirildiyini bildirən Hikmət Hacıyev Azərbaycanın bugünkü xarici siyasətini formalaşdıran amillər və ölkəmizin xarici siyasət prioritetləri barədə qonaqlara məlumat verib. Ölkəmizin xarici siyasətdə kənarlaşdırıcı deyil, inklüziv yanaşmanı rəhbər tutduğunu bildirən H.Hacıyev, bu gün Azərbaycanın dünya dövlətləri ilə balanslaşdırılmış və faydalı münasibətlərinin olduğunu nəzərə çatdırıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib ki, təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı Azərbaycan qədər müvəffəqiyyətli olmur və bu mənada ölkəmiz inkişaf etməkdə olan ölkələr üçün model təşkil edir.

O, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici siyasətinin ən əsas hədəfi olduğunu bildirib və auditoriyaya sülh danışıqlarının son vəziyyəti barədə məlumat verib. O, yalnız ədalətli sülhün dayanıqlı sülh olduğunu nəzərə çatdıraraq əlavə edib ki, Azərbaycan substantiv danışıqlar deyərkən, Ermənistanın qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını və işğala son verilməsini nəzərdə tutur. H.Hacıyev Ermənistanı işğal siyasətindən əl çəkməyə və regional inteqrasiyadan maksimum faydalanmağa çağırıb.

Daha sonra H.Hacıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq tərəfdaşlıqları, qonşu ölkələrlə münasibətləri, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq sənədinin razılaşdırılması ilə bağlı hazırkı vəziyyət, ölkəmizin Şərq Tərəfdaşlığındakı rolu, onun inkişaf etməkdə olan ölkələrlə diplomatik münasibətlərinin perspektivləri, habelə Brexitdən sonra Azərbaycan və Böyük Britaniya arasında münasibətlər, Kəmər və Yol Təşəbbüsü və sairə barəsində sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video