Alternative content

19:57 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin növbədənkənar sessiyası başa çatdı
Parlamentin növbədənkənar sessiyası başa çatdı
ANA SƏHİFƏ / PARLAMENT
01:47 13.07.2019


İyulun 12-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Əvvəlcə spiker Oqtay Əsədov Milli Məclisin Sədr müavini Bahar Muradova başda olmaqla parlament nümayəndə heyətinə ATƏT Parlament Assambleyasının illik sessiyasında uğurlu işinə görə təşəkkür etdi.

ATƏT PA-nın illik sessiyası zamanı komitələrin iclaslarında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti, qətnamə layihələrinin müzakirəsi zamanı təklif etdiyi düzəlişlərin qəbulu, Ermənistan nümayəndə heyətinin düzəlişlərinin isə rədd edilməsi barədə ətraflı danışan Bahar Muradovanın sözlərinə görə, sessiyada məqsəd Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu və status-kvonun dəyişməsinin zəruriliyi barədə məlumat vermək, sessiyanın gündəliyindəki məsələlərə dair təkliflər irəli sürmək, eyni zamanda ATƏT-in rəhbər qurumuna Azərbaycanın nümayəndəsinin seçilməsi idi: "ATƏT PA-nın yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü barədə məsələlərin yer almasına nail olmalı idik. Azərbaycanın maraqlarını ifadə edən bir çox məsələ həm məruzədə, həm də məruzə əsasında hazırlanan bəyannamədə əksini tapmışdı. Düzəliş və təkliflərimiz təqdim olunmuşdu. Aparılan intensiv işin nəticəsi sessiyanın ilk günündə hiss olunmağa başlandı”.

Milli Məclis Sədrinin müavini qeyd etdi ki, diqqətdə olan Siyasi Komitənin iclasında müzakirə edilən və bəyannamənin 22-ci maddəsində yer alan məsələdir: "22-ci maddədə ilk dəfə Gürcüstan, Moldova, Ukrayna və Azərbaycandakı münaqişələrə eyni prizmadan yanaşılması əksini tapıb. Hər zaman Dağlıq Qarabağ münaqişəsi ayrı qeyd edilirdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin unikal məsələ olduğunu bildirirdi. İlk dəfə bu münaqişələr vahid maddədə toplandı və bir prizmadan qiymətləndirildi. ATƏT PA razılaşdırılmış format daxilində 4 ölkədə münaqişələrdə sülh əldə etmək məqsədilə danışıqları aktivləşdirməyə çağırır. Bu, sessiyadakı bəyannamə ATƏT-in vahid mövqeyini göstərdi. Bundan sonra ATƏT-in bu sənədinə istinad etməyə məcburdurlar. Bu sənəd ATƏT Nazirlər Şurasına təqdim olunub. Burada Dağlıq Qarabağ sözünün olmaması, münaqişə ölkələrinin adının, Azərbaycanın adının göstərilməsi vacib məqamdır. Məruzədə isə hətta işğal altındakı 7 rayonun da adı sadalanır”.

Bahar Muradova onu da diqqətə çatdırdı ki, ermənilər dəfələrlə bəyannamədən Azərbaycanın adının çıxarılmasına çalışıblar: "Cəmi 6 ölkə Azərbaycanın adının həmin maddədən çıxarılmasına səs verdi, 47 ölkə isə bunun əleyhinə çıxdı. Mən bu dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində artıq Azərbaycanın adını bu siyahıdan çıxarmaq mümkün olmayacaq”.

Bahar Muradova deputat Azay Quliyevin yenidən ATƏT PA-nın vitse-prezidenti seçilməsinin də böyük uğur olduğunu bildirdi.

Milli Məclisin Sədri Oqtay Əsədov əldə olunan nailiyyətləri yüksək qiymətləndirdi.

Sonra gündəilkdəki məsələlərin müzakirəsi başladı. Əvvəlcə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr üçüncü oxunuşlarda müzakirə edildi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ikinci oxunuşda müzakirədən sonra qanun layihələri ilə bağlı heç bir təklifin olmadığını dedilər. Qanun layihələri təsdiq olundu.

Xatırladaq ki, bu qanunlarda dəyişikliklərin məqsədi dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrılan transfertin 150 milyon manat azaldılaraq, həmin vəsaitin xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi, sosial paket çərçivəsində DSMF-nin gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artması nəticəsində qanunda müvafiq düzəlişlər edilərək gəlirlərin xərclərdən artıq olan hissəsi (150 milyon manat) həcmində dövlət büdcəsindən transfertin azaldılması, DSMF-nin xərclərinin 200 milyon manat, işsizlikdən sığorta fondunun xərclərinin isə 15 milyon manat artması səbəbindən icmal büdcə xərclərinin yuxarı həddinin cəmi 215 milyon manat artırılmasıdır.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Bildirdi ki, bu qanuna təklif olunan dəyişikliklər hakimlərin sosial müdafiəsinin yüksəldilməsi məqsədinə xidmət edir. Qanun layihəsi qəbul edildi.

Komitə sədri Ziyad Səmədzadənin məlumatından sonra "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri də üçüncü oxunuşda təsdiq olundu.

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihəyə də ikinci oxunuşda müzakirədən sonra heç bir təklif olmayıb. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, qanuna edilən dəyişikliklərə görə əmək pensiyalarının minimum məbləği 1 oktyabr 2019-cu il tarixdən artırılaraq 160 manatdan 200 manata çatdırılacaq. Həmçinin digər dəyişikliyə görə pensiyalar ildə bir dəfə indeksləşdiriləcək. Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.

Üçüncü oxunuşda təsdiq edilən məsələlərdən biri də "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi oldu. Dəyişikliklər özünüməşğulluq tədbirlərinin təşkilinin maliyyələşdirilməsi üzrə xərclərin artırılması məqsədi daşıyır.

"Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə üçüncü oxunuşda Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. Bildirdi ki, əvvəlki oxunuşda müzakirə zamanı heç bir təklif daxil olmamışdır. Qanun layihəsi təsdiq olundu. Qeyd edək ki, dəyişikliklərin məqsədi təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsidir.

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən məcəlləyə 146.4-cü maddənin əlavə edilməsi təklif olunurdu. Bu maddədə qeyd edilir ki, Dövlət Mənzil Fondunun bu məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu.

Daha sonra "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda təsdiqləndi. Komitə sədri Əli Hüseynli dedi ki, dəyişiklik sarı kəsişmə toru və daimi sağa dönmə nişanının qanunvericiliyə salınması ilə bağlıdır.

"Publik hüquqi şəxslər haqqında”, "Avtomobil nəqliyyatı haqqında”,”Dövlət satınalmaları haqqında” qanunlara, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də üçüncü oxunuşda təsdiq olundu.

Komitə sədri Hadi Rəcəbli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Gənclər siyasəti haqqında”, "Əmək pensiyaları haqqında”, "Təhsil haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” layihələri üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Dəyişikliklər "Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Hər iki məsələ, o cümlədən bunlarla əlaqəli olan "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və "Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Arıçılıq haqqında”, "Reklam haqqında” və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri barədə məlumat verdi. Qanun layihələri "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli qanununa uyğunlaşdırma məqsədi daşıyır. Hər iki məsələ üçüncü oxunuşda təsdiq olundu.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Saziş bu il mayın 3-də Bakıda imzalanıb. Qanun layihəsi təsdiq olundu.

Deputatlar "Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Komitə sədri Əli Hüseynli "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, dəyişikliklər texniki xarakterlidir. Qanun layihəsi təsdiq olundu.

İclasda daha sonra birinci oxunuşlarda "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Notariat haqqında”, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə”, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri təsdiq olundu.

Dövlət bayrağı ilə bağlı məsələnin müzakirəsi zamanı çıxış edən Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Məhz Heydər Əliyev XX əsrin sonlarında üçrəngli bayrağımızı əbədi olaraq zirvələrə yüksəltdi. Bu gün dövlət bayrağımız bütün beynəlxalq təşkilatlarda dalğalanır. Müstəqilliyinin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirdi. Qeyd etdi ki, ulu öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş nailiyyətlərin əsasını qoyub. Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasındadır.

Deputat Məlahət İbrahimqızı da Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən və bu gün Ulu Öndərin ideyalarının layiqincə davam etdirilməsindən söz açdı.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaq hüquqları haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Gənclər siyasəti haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verdi. Dəyşikliklər "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli qanununa uyğunlaşdırma məqsədi daşıyır.

Müzakirələr zamanı deputat Bəxtiyar Əliyev təkliflərlə çıxış etdi. Yekunda qanun layihələri təsdiq olundu.

İclasda son olaraq "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq olundu.

Bununla da növbədənkənar sessiyanın iclası başa çatdı. Parlamentin növbədənkənar sessiya dövründə operativ işlədiyini deyən spiker deputatlara təşəkkür etdi. Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasını bağlı elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM