Alternative content

21:37 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan regionda Fransanın əsas ticarət tərəfdaşıdır
Azərbaycan regionda Fransanın əsas ticarət tərəfdaşıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:39 13.07.2019


İndiyədək iki ölkə iqtisadiyyatına qarşılıqlı olaraq 4,8 milyard dollardan çox investisiya yatırılıb


Azərbaycan təkcə regionun deyil, Avropanın iqtisadiyyatında da mühüm rol oynayır. Qədim qitənin fəal investorlarından sayılan Azərbaycan son illərdə Avropa İttifaqı ölkələrinə 20 milyard dollardan çox investisiya yatırıb. Avropanın əksər böyük dövlətinin investorları da Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar. Son 16 ildə ölkə iqtisadiyyatına yatırılan 250 milyard dollarlıq investisiyanın 125 milyard dolları, yəni 50 faizinin xarici investisiyaların payına düşməsi bunu bir daha təsdiqləyir.

Azərbaycanla Avropa İttifaqına üzv ölkələrin biznes sektorları arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakıda birgə biznes forumlar təşkil olunur. Bu forumlar iqtisadi əlaqələrin daha da dərinləşməsinə və şaxələndirilməsinə real zəmin yaradır.

İyulun 11-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumu da bu məqsədə xidmət edib. İki ölkə arasında ticarət və investisiyaların stimullaşdırılmasını şərtləndirən forumda Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib. Forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etmələrinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə məlumat verən nazir bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, ötən il Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb. Xatırladaq ki, ötən il ticarət dövriyyəsi 624,7 milyon dollar təşkil edib.

Nazir qeyd edib ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturunun şaxələndirilməsi, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib.

İnvestisiyalar sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılıb.

İqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığın yeni inkişaf mərhələsində olduğunu deyən nazir bu istiqamətdə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini vurğulayıb.

Şahin Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verərək qeyd edib ki, ölkəmizin uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. "Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74 faizi cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90 faizi isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki "Azərbaycan investisiya məkanı kimi” sorğusunda iştirak etmiş şirkətlərin 75 faizi "Azərbaycana yenidən investisiya qoyardınızmı?” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu iqtisadiyyatımızın 3,4 faiz artacağını proqnozlaşdırır.

Nazir iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, fransalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Fransa Sahibkarlar Təşkilatı - MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək vurğulayıb ki, Azərbaycandakı əlverişli biznes mühiti xarici investorlar üçün geniş imkanlar açır. Keçirilən biznes forumun əlaqələrin inkişafı üçün səmərəli platforma olduğunu bildirən Jofrua Ru de Beziö ölkəmizin cəlbedici turizm potensialını, bir sıra rəqabətqabiliyyətli məhsulların, xüsusilə yüksək keyfiyyətli şərab istehsalçısı olduğunu söyləyərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkəsinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Qeyd edək ki, iyulun 10-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdə də aparılan danışıqlar zamanı bəlli olmuşdu ki, 170 min şirkətin üzv olduğu MEDEF-in Azərbaycanda qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında böyük marağı var.

Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə” daxildir, dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-in 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə Almaniyadan sonra ikinci yerdədir. Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkə ilə Fransa şirkətlərinin qarşılıqlı əməkdaşlığı da hər iki tərəfə uğur vəd edir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM