Alternative content

21:33 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda “qara qızıl” dəyərini itirir
Azərbaycanda “qara qızıl” dəyərini itirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:38 13.07.2019


Söhbət neftin qiymətindən yox, iqtisadi inkişafdakı rolundan gedir


"Qara qızıl” dediyimiz neftin iqtisadi inkişafda etibarsız vasitə olduğunu sübut etməyə ehtiyac yoxdur. İlk baxışda kənardakıların həsəd apardığı bu təbii sərvət indiyədək çox az ölkəyə daimi tərəqqi, xalqına əbədi xoşbəxtlik bəxş edib. Əvəzində yaxın tarixin saysız həqiqətləri var ki, neft sahibi olduğu ölkə və xalq üçün sözün həqiqi mənasında qara "qızıl” olub. Onun "parıltı”sı təkcə gözləri qamaşdırmayıb, həm də nəfislərə hakim kəsilib, işğalçılığa, qəsbkarlığa rəvac verib. Görmüsünüzmü, "bir həsir, bir Məmmədnəsir” olan kimsənin küməsinə oğru girsin?

Amma bu "qızıl”ın qaralığının səbəbi təkcə böyük güclərin maraqlarına tuş gəlməsi deyil. Neft, daha doğrusu, onun qiyməti həm də bu güclərin əlində dəfələrlə sınaqdan çıxmış iqtisadi vasitə və alətdir. SSRİ kimi nəhəng ölkənin dünyanın siyasi xəritəsindən silinməsinin bir və əsas səbəbi bu qiymət məsələsi olmadımı?!

Elə fikirləşməyin ki, neftin qiymətinə belə emosional münasibətimiz SSRİ-nin dağılmasına təəssüfümüzdən irəli gəlir. Qətiyyən belə deyil. Sovet İttifaqının süqutunu böyük əksəriyyət kimi biz də tarixin qaçılmaz reallığı kimi qəbul edirik. Amma ortada bu qiymət siyasətinin müstəqil Azərbaycana inkişafının sürət götürdüyü bir zamanda vurduğu zərbə də var və biz onun fəsadlarını indi də yaşayırıq. Nədi, nədi, hansı super gücsə bu sevdaya düşən digər iddialını cəzalandırmaq istəyir.

Bax, elə həm bu, həm də digər səbəblərdən nə neftin özünə, nə də qiymətinə bel bağlayıb yola çıxmaq olmaz. Çünki yarı yolda qalmaq ehtimalı az deyil, xüsusən də o yolun yolçusu çoxdursa...

O üzdən, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan iqtisadiyyatının lokomotivini dəyişmək lazımdır. Neft-qaz sektoru indiyədək ölkənin sosial-iqtisadi inkişafı üçün nə lazımdırsa edib və hazırda reallaşan layihələrə əsaslanıb deyə bilərik ki, yaxın gələcəkdə də bu missiya onun boynundadır. Amma bir şərtlə - əsas stavka qeyri-neft sektoruna edilməklə.

İddia etsək ki, qarşıya qoyulan məqsədə çatmışıq, ən azından qeyri-ciddi olardı. Bununla belə, qeyri-neft sektorunun inkişafı istiqamətində az işlər görüldüyü iddiasında da deyilik. Təkcə dörd bir ətrafımızdakı sosial infrastruktura baxmaq, regionlara səfərə çıxmaq, dükan-bazarda satılan məhsullara nəzər salmaq yetər ki, ölkədə qeyri-neft sektorunun haradan-haraya gəlib çıxdığına şahidlik edək.

Bu şahidliyi edən həm də rəsmi statistikadır: keçən il ölkə üzrə qeyri-neft sektorunda 24, o cümlədən kənd təsərrüfatında 18, turizm, rabitə və digər sahələrdə 10-13 faizdən çox artım qeydə alınmışdır. Ötən il ÜDM-də qeyri-neft sektorunun payı 46,9 milyard manatlığa çatmışdır. Müqayisə üçün bildirək ki, bu göstərici neft sektoru üzrə 32,9 milyard manat olmuşdur. Bu faktın özü göstərir ki, hələ də haqsız olaraq neft ölkəsi sayılan Azərbaycanda ÜDM-in strukturunda qeyri-neft sektorunun çəkisi "rəqib”i - neft-qaz bölməsindən xeyli üstündür. Deməli, Prezidentin qeyri-neft sektorunun inkişafı üçün hələ neçə il əvvəl başladığı və günü bu gün də davam edən tədbirləri səmərəsiz qalmır, real nəticələr verir.

Lakin dövlət başçısı əldə olunanlarla kifayətlənməməyi tövsiyə edir və bunun üçün bütün gərəkli tədbirləri görür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin ilk rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul

3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir”.

Yaxşı haldır ki, nüfuzlu xarici ekspertlər də Azərbaycanın sözügedən istiqamətdə həyata keçirdiyi tədbirləri, onların nəticələrini görür və yüksək qiymətləndirir. KİV-in yaydığı məlumata görə, Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdəki missiyasının rəhbəri N.Tamirisa cari il Azərbaycan üzrə ÜDM istehsalının 2,7, sonrakı illərdə isə 2,1-2,7 faiz civarında artacağını proqnozlaşdırıb. Onun proqnozuna əsasən, həmin artımlar orta hesabla il ərzində 3,3 faizlik inflyasiya fonunda baş verəcək ki, bunu da özlüyündə müsbət tendensiya hesab etmək olar.

O ki qaldı, neft və qeyri-neft sektorlarının inkişafı üzrə proqnozlara, N.Tamirisa cari il neft sektorunun təxminən 2,5 faizədək artacağını güman edir. Missiya rəhbəri bunu "Cənub qaz dəhlizi”nin işə düşməsi üzündən təbii qaz hasilatının artması ilə əlaqələndirir. Amma sonrakı illər neft hasilatının aşağı düşməsi nəticəsində neft-qaz sektorunda artım zəifləyəcək. Hətta təbii qazın qiymətinin neftdən ucuz olması səbəbindən gələn il Avropaya nəqli gözlənilən 10 milyard kubmetr "mavi yanacaq” da həmin tendensiyaya təsir etməyəcək. Əvəzində isə, N.Tamirisaya görə, 2019-2020-ci illərdə qeyri-neft sektorunun inkişafında 2,8 faiz artım qeydə alınacaq. BVF rəsmisi onu da bildirib ki, Azərbaycanda əhalinin sosial güvənliyinin artırılması yöndə atılan son addımlar yaxın 2 il ərzində qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Göründüyü kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dinamik və dönməz xarakter alıb. Tək bu səbəbdən sosial-iqtisadi inkişafımızın bu günü kimi, gələcəyindən də rahatsız olmağa əsas yoxdur.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM