Alternative content

21:38 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Batumidə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının on illiyinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
Batumidə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının on illiyinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
ANA SƏHİFƏ / SİYASƏT
01:37 13.07.2019


Batumi şəhərində Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş yüksəksəviyyəli beynəlxalq konfrans iyulun 12-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, iyulun 11-də başlayan konfransda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk, Avropa İttifaqına və "Şərq Tərəfdaşlığı”na üzv olan altı tərəfdaş ölkənin yüksəkvəzifəli şəxsləri, akademik dairələrin, qeyri-hökumət təşkilatlarının və biznes sektorunun nümayəndələri iştirak ediblər.

Azərbaycanı tədbirdə Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil edib.

İki gün davam edən konfransda "Şərq tərəfdaşlığı” proqramının nailiyyətləri, 2020-ci ilə qədər əməkdaşlıq planları və cari geosiyasi vəziyyət müzakirə olunub. Bundan başqa, əməkdaşlığın əsas istiqamətlərinə həsr olunmuş tematik sessiyalar təşkil edilib. İştirakçılar əməkdaşlığın gücləndirilməsi üçün və 2020-ci ildən sonra Avropaya inteqrasiya proseslərinin təşviqi ilə bağlı yeni ideyalar barədə fikir mübadiləsi aparıblar.

Tədbir iştirakçıları, həmçinin demokratik proseslər, Qara dəniz regionunda təhlükəsizlik və bölgədə davam edən münaqişələr, tərəfdaşların Aİ ilə iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə yönəlmiş nəqliyyat, energetika və digər iqtisadi sahələr üzrə layihələri nəzərdən keçiriblər.

M.Məmməd-Quliyev konfransda və panel iclasda çıxış edərək Azərbaycanın Avropa İttifaqı ilə, eləcə də "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığı barədə məlumat verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM