Alternative content

21:37 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb
Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:37 13.07.2019


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu” - "KOB Dostu” Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində fəaliyyətə başlayıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iyulun 12-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Bakı Baş Gömrük İdarəsinin inzibati binasında "KOB Dostu”nun iş prosesi ilə tanış olub, KOB-ların idxal-ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərən "KOB Dostu”na müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları, o cümlədən investisiya və ixrac təşviqindən istifadə zamanı gömrük güzəştləri ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə kimi xidmətlərdən istifadə edə biləcəklər. "KOB Dostu”nun Bakı Baş Gömrük İdarəsində fəaliyyəti, həmçinin KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. "KOB Dostu” ilə birgə burada "KOB könüllüləri” də fəaliyyət göstərəcək.

"KOB Dostu” mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir. Artıq ölkənin 14 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın müxtəlif xidmətləri vasitəsilə dəstək göstərirlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM