12 Iyul 2019 23:09
576
CƏMİYYƏT
A- A+

“İmadəddin Nəsimi-650 illik dəyər” adlı layihənin bağlanış mərasimi keçirilib

Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi, "Odlar Yurdu” Gənclər İctimai Birliyinin (GİB) təşkilatçılığı ilə həyata keçirilən "İmadəddin Nəsimi-650 illik dəyər” adlı layihənin bağlanış mərasimi keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ictimai xadimlər, gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

"Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı və 2019-cu il 11 yanvar tarixli müvafiq Sərəncamla "Nəsimi ili” elan olunmasının əhəmiyyətindən danışaraq birliyin həyata keçirdiyi layihə haqqında məlumat verib. Layihə çərçivəsində Nəsimiyə həsr olunmuş, tanınmış şəxslərin, elm adamlarının iştirakı ilə "Zaman mənəm” sənədli filmin, onun 11 qəzəlindən ibarət "İki aləmdə varım” adlı audiokitab və şair haqqında maraqlı məlumatları əks etdirən eyniadlı ingilis və Azərbaycan dillərində kitabçanın hazırlanması və ümumilikdə regionlar və Bakıda Gənclər Evlərində keçirilən təqdimat mərasimlərindən söz açıb.

Qeyd edilib ki, layihənin icrasının məqsədi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfəsində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkilindən ibarətdir.

Sonra Gəncə, Şəmkir, Qazax, Mingəçevirdə və Bakıdakı Qaradağ, Binəqədi, Xəzər, Sabunçu və Suraxanı gənclər evlərində də keçirilən təqdimatları və ümumilikdə layihənin gedişatını təsvir edən videoçarx təqdim olunub.

Daha sonra Azərbaycan Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru və professor Qəzənfər Paşayev və nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva çıxış ediblər.

Sonda mövzu ilə bağlı film nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video