Alternative content

20:08 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan məhkəməsi Serj Sarkisyanın qudası barəsində axtarış elan edib
Ermənistan məhkəməsi Serj Sarkisyanın qudası barəsində axtarış elan edib
ANA SƏHİFƏ / DÜNYA
17:30 12.07.2019

Ermənistanda tibb mərkəzinin baş həkimi vəzifəsindən azad edilmiş Serj Sarkisyanın qudası Ara Minasyanın barəsində beynəlxalq axtarış elan edilib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Yerevan məhkəməsi onun qiyabi həbsinə dair qərar verib.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir ki, sabiq prezidentin qudası iqtisadi cinayətlərdə ittiham edilir. Komitə iyulun 12-də onun həbs edilməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət edib və hakim onu təmin edib. Minasyanın istintaqdan gizlənməsi və yerinin məlum olmaması səbəbindən onun barəsində beynəlxalq axtarış elan olunub.

Sarkisyanın qudası ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadə edilməsində, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında, böyük məbləğdə maliyyə vəsaitlərinin israfında və mənimsənilməsində təqsirli bilinir. Onun dövlətə 1,9 milyon dollar zərər vurduğu və 152 min dollar məbləğində vəsaiti mənimsədiyi bildirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM