Alternative content

22:57 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının iştirakçıları ilə görüş keçirilib
"Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının iştirakçıları ilə görüş keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:53 12.07.2019

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramı iştirakçılarının görüşü keçirilib. Görüşdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər də iştirak edib.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl gənclər DOST Agentliyinin və "DOST” mərkəzinin fəaliyyəti, mərkəzdə dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması prosesi ilə tanış olublar.

Gənclərlə görüşdə Sahil Babayev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublikamızda siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycanın həyatında möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişafla xarakterizə olunan yeni bir keyfiyyət mərhələsi başlayıb. Ulu Öndər o zaman Azərbaycanı keçmiş İttifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıllar cərgəsində olan müasir sənaye ölkəsinə çevirib.

Nazir qeyd edib ki, Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramını elan edilib. Gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaq məqsədi daşıyan Proqrama 50 gənc seçilib.

Bundan başqa ölkəmizdə ilk dəfə olaraq 17 nəfər Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir seçilib. Onların fəaliyyətinin əsas istiqaməti həmin məqsədlərə nail olmaq prosesində gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, milli hesabatların hazırlanmasına töhfə verməkdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM