Alternative content

12:15 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin son hesabatı: dünyada 1,3 milyard insan yoxsulluq həddindən aşağı şəraitdə yaşayır
BMT-nin son hesabatı: dünyada 1,3 milyard insan yoxsulluq həddindən aşağı şəraitdə yaşayır
ANA SƏHİFƏ / DÜNYA
13:22 12.07.2019
BMT İnkişaf Proqramının (BMT İP) son hesabatında qeyd olunur ki, dünyada 1,3 milyard insan yoxsulluq həddindən aşağı şəraitdə yaşayır. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bu sənəd ekspertlərin 101 ölkədə, o cümlədən 31 azgəlirli, 68 ortagəlirli və 2 inkişaf etmiş ölkədə apardıqları tədqiqatların nəticəsində hazırlanıb. Onlar şəraiti bir neçə göstərici – gəlirlər, sağlamlıq, iş şəraiti və zorakılıq təhlükəsi amilləri əsasında öyrəniblər.

Müəlliflər tədqiqata bu cür yanaşmanı "çoxaspektli” adlandırıblar və buna müvafiq olaraq "çoxaspektli indeks” tərtib ediblər. Hesabata görə, ən dəhşətli şərait Böyük Səhradan aşağıda yerləşən Afrika və Cənubi Asiya ölkələrindədir. Bu dövlətlərdə ifrat yoxsulluq indeksi 84,5 faizdir. Avropa və Mərkəzi Asiya ölkələrində isə bu göstərici 1,1 faizə bərabərdir. Regionların daxilində yüksək fərqlər mövcuddur: məsələn, Cənubi Afrikada əhalinin 6,3 faizi, Cənubi Sudanda isə 91,9 faizi yoxsulluq həddindən aşağı şəraitdə yaşayır. Cənubi Asiyada da oxşar mənzərədir: Maldivlərdə bu rəqəm 0,8 faizdirsə, Əfqanıstanda 56 faizə çatır. Avropa və Mərkəzi Asiya ölkələrində ən yoxsul ölkə 7,4 faizlə Tacikistandır.

Tədqiqatın aparıldığı bir çox ölkələrdə də bölgələr arasında ciddi fərqlər mövcuddur. Məsələn, Uqandanın Kampala əyalətində yoxsulluq indeksi 6 faiz, Karamodcada isə 93,3 faizdir.

Hesabat müəllifləri bildirirlər ki, ifrat yoxsulluqdan ən çox uşaqlar əziyyət çəkirlər. Yoxsulluq həddindən aşağı şəraitdə yaşayan 1,3 milyard insanın 663 milyonu azyaşlılardır. Onların da əksəriyyəti Afrika və Cənubi Asiya ölkələrində yaşayır. Burkina-Faso, Çad, Efiopiya, Niger və Cənubi Sudanda 10 yaşına qədər uşaqların 90 faizi "çoxaspektli indeks” kateqoriyasına aid edilib.

BMT İP-nin ekspertləri əhalisi iki milyard nəfərə çatan 10 ölkənin timsalında 2030-cu ilədək təşkilatın əsas hədəflərindən biri olan yoxsulluqla mübarizənin dinamikasını araşdırıblar. Bu tədqiqatın nəticəsi nikbinlik doğurur. Belə ki, siyahıda yer almış bütün ölkələr, o cümlədən Hindistan, Kamboca və Banqladeş yoxsulluqla mübarizə sahəsində uğurlar əldə ediblər. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, yoxsulluğun aradan qaldırılması üçün təkcə qeyri-bərabərlik indeksini deyil, habelə digər mühüm statistik göstəriciləri araşdırmaq lazımdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM