Alternative content

22:58 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İki super hərb ölkəsinin görüş yeri üçün növbəti dəfə Bakını seçməsi Azərbaycanın nüfuzundan xəbər verir
İki super hərb ölkəsinin görüş yeri üçün növbəti dəfə Bakını seçməsi Azərbaycanın nüfuzundan xəbər verir
ANA SƏHİFƏ / SİYASƏT
01:13 12.07.2019


NATO ilə Rusiya arasında danışıqların aparılması üçün etibarlı neytral məkan kimi yenidən Azərbaycan paytaxtının seçilməsi Bakının Şərqin Cenevrəsi titulunu möhkəmlədir. Bu qərar bir daha sübut edir ki, çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi edən Bakı Qafqazda sülhün və əmin-amanlığın qorunduğu yeganə sabit məkandır.

Qafqaz dünyanın geosiyasi xəritəsinə müharibələrin və münaqişələrin əbədi zəncirləndiyi yer kimi düşüb. Qafqaza köçən ermənilər yüz ildən artıqdır ki, iki dəniz arasındakı ölkələrdə gərginlikləri məkrli bir siyasətlə durmadan körükləyir, işğal etdiyi əraziləri tərk etmir, qonşularına qarşı arsızcasına yeni ərazi iddiaları irəli sürürlər. Böyük güclərə vassallıq etməyi şərəf sayan Ermənistan beynəlxalq siyasi əxlaqın yol vermədiyi tərzdə tərəfdaşlarına asanlıqla xəyanət etməyi, onları utanmadan əlcək kimi dəyişməyi də bacarır. Millətçi nasist ideologiyası ilə iliyinədək zəhərlənən bu rejim, görünür, heç vaxt sülhə gəlməyəcək və Qafqazı çalxalamaq üçün əlindən gələni də əsirgəməyəcək.

Belə bir şəraitdə Azərbaycanın apardığı müstəqil xarici siyasət, bütün dövlətlərlə münasibətlərdə neytrallığını qorumaq, münasibətlərə sadiqliyi ölkəmizin nüfuzunu birə-on artırır. Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına baxmayaraq, tolerant, sülhsevər və sivil dəyərlərə sadiqliyini qoruyur. Bakıda keçirilən saysız-hesabsız beynəlxalq sülh forumları, möhtəşəm idman yarışları Azərbaycanın imicini sülhsevər ölkə kimi gücləndirir.

Monoetnik, işğalçı İrəvanla müqayisədə Bakını ən böyük güc mərkəzləri, qüdrətli dövlətlər bir çox beynəlxalq məsələlərin həllində vasitəçi kimi görürlər.

Rusiya ilə NATO arasında görüşlər üçün Tbilisi də seçilə bilərdi. Lakin son illər Gürcüstanla Rusiya arasındakı gərginləşmə buna mane olur. Ruslara sədaqət andı içən, eyni zamanda Qərblə sürətlə yaxınlaşan ermənilərin paytaxtı da görüş yeri ola bilərdi. Amma artıq Rusiya Ermənistana bu məsələlərdə etibar etmir və yaxşı bilir ki, ciddi məxfilik tələb olunan beynəlxalq danışıqlar üçün İrəvan təhlükəlidir. NATO rəhbərliyi də Ermənistanı yaxşı tanıyır və bilir ki, ona etibar etmək böyük fəsadlarla nəticələnə bilər.

Beləliklə, yenə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Bakıda görüşməyə qərar verdilər və bu, təsadüfi deyil. Artıq illərdir ki, Azərbaycan paytaxtı beynəlxalq əməkdaşlıq və mürəkkəb məsələlərin həllinin müzakirəsi üçün güvənilən və etibar edilən məkan kimi seçilir.

Amerikalı ekspert Peter Tase hələ ötən il NATO və Rusiya Silahlı Qüvvələrinin təmsilçilərinin Bakıda baş tutan görüşünü Azərbaycanın sülhə və xalqlar arasındakı dialoqa verdiyi töhfələrin davamı kimi qiymətləndirmişdir. Yəqin həm də bu səbəbdəndir ki, Rusiya və NATO silahlı qüvvələrinin təmsilçilərinin ilk görüşü Bakıda hələ 2014-cü ildə keçirilmişdir. Paytaxtımız bu müddət ərzində tədricən beynəlxalq siyasətin vacib oyunçusu kimi irəli çıxıb, Rusiya kimi nəhəng dövlətlə güclü hərbi alyansı təmsil edən NATO arasında danışıqların aparılmasına təminat verən siyasi meydan statusunu qazanıb.

Ekspertlərə görə, son 15 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, düşünülmüş xarici siyasəti və yoxsulluqla uğurlu mübarizəsi onu qonşularından ciddi fərqləndirir və nüfuzunu qat-qat artırır. Bu görüşlərin sayəsində Bakı beynəlxalq siyasətin mərkəzinə qədəm qoyub, Rusiyanın hərbi rəhbərliyi ilə NATO rəhbərliyi arasında vacib danışıqların aparılması üçün balanslaşdırılmış meydança statusunu alıb.

Azərbaycanın bir sıra geostrateji ssenarilərdə neytrallığını gözləməsini, verdiyi vədlərə ciddi əməl etməsini, aparılan danışıqların təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsini Vaşinqton da, Brüssel də, Moskva da yaxşı bilir. Nəzərə almaq lazımdır ki, yalnız Avropada yox, planetin digər bölgələrində də hərbi təxribatların və gərginliklərin səviyyəsi getdikcə artır. Artıq aydın görünəni odur ki, Bakı gələcəkdə bir sıra əlaqələndirici görüşlərin əksəriyyətinə evsahibliyi edə bilər.

Bu gün əksər siyasi şərhçilər etiraf edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev diplomatik səriştəsi ilə seçilir və o, balanslaşdırılmış diplomatiyanı reallaşdıran siyasi təfəkkürə malikdir. NATO da, Rusiya da görür ki, Bakı hər iki tərəfə düşünülmüş, qarşılıqlı rəğbətə söykənən münasibətlər sərgiləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətlərini ayrı-ayrılıqda qəbul etdi. Rusiya ilə NATO nümayəndə heyətlərinin Bakı görüşü ilə bağlı heç bir məlumat verilmədi və tam məxfiliyə həmişəki kimi əməl edildi.

Rusiyanın "Vestnik Kavkaza” nəşri hələ ötən il yazmışdır ki, bütün bunlar beynəlxalq birlikdə Bakını həddən ziyadə düşünülmüş, hörmət gözləyən və hörmət bəsləyə bilən potensial sülhməramlı kimi təqdim edir. Diplomatik əməkdaşlıq baxımından bunlar çox yüksək qiymətləndirilən keyfiyyətlərdir və hamı Bakı ilə ünsiyyətdən zövq alır.

O ki qaldı Ermənistana və bu ölkənin siyasilərinin ruhi xəstəlik səviyyəsində müşahidə edilən ritorikasına, sülhə anlaşılmayan nifrətinə və cılız maraqları naminə Rusiya ilə Qərb arasında rəqs etməsinə, artıq bunlara sakit baxan yoxdur. Rusiyalı politoloq M.Şevçenko yazır ki, Ermənistanın siyasi elitası Qafqazda müharibə ocaqlarının körüklənməsində, Rusiyanın cənub qonşuları ilə münasibətlərinin gərginləşməsində maraqlıdır. Bu gərginlik nə qədər güclü olacaqsa, bir o qədər də çox Ermənistanın Qərbə tərəf sürüşməsi müzakirə edilməyəcək.

Artıq Rusiya Ermənistanla Azərbaycan arasındakı fərqi aydın görür və şimal qonşumuz rəsmi Bakı ilə əlaqələrin inkişafına bütün səviyyələrdə maraqlıdır. Çünki Ermənistan beynəlxalq siyasi oyunların girdabında boğulduqca, Azərbaycan neytrallığına sadiq qalır. Bütün tələblərə dəqiqliyinədək cavab verən, danışıqlara gələn tərəflərin təhlükəsizliyini təmin edən, informasiya məxfiliklərini qorumaq üçün əlverişli məkan tapmaq nə qədər çətin olsa da, Bakı bunu bacarır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM