Alternative content

01:09 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan daha böyük böhran məngənəsindədir
Ermənistan daha böyük böhran məngənəsindədir
ANA SƏHİFƏ / SİYASƏT
00:41 12.07.2019


Sabiq prezident Serj Sarkisyanın həbsinə hazırlıq gedir


Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkəni qarşıdakı dövr ərzində daha böhranlı və ziddiyyətlərlə dolu günlərin gözlədiyini deməyə əsas verir. Proseslərin inkişaf axarı keçmiş hərbi xunta ilə mövcud hakimiyyət arasında çəkişmələrin daha da şiddətlənərək Ermənistanı böyük fəlakət girdabına sürükləyəcəyini göstərir.

İndi o da müşahidə olunur ki, Koçaryan-Sarkisyan koalisiyasını sıradan çıxarmaq üçün baş nazir Nikol Paşinyan hüquqi müstəvidə daha sərt addımlar atmağı düşünür. Elə bu fonda sabiq prezident Robert Koçaryanın həbsə atılmasından sonra Paşinyan diqqətini keçmiş hakimiyyət təmsilçilərinin digər üzvlərinə yönəldib. Belə ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da həbsinə hazırlıq gedir.


Hərbi xuntanın üzvləri də həbsə atılacaq


Ermənistanın "Ioxovurd” nəşri yazır ki, Sarkisyan 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş verənlər barədə məlumat verməsi üçün parlamentə dəvət olunacaq. Bu günlərdə Ermənistan parlamentində Qarabağda dördgünlük müharibə zamanı vəziyyətin öyrənilməsi üzrə istintaq komissiyasının iclası keçirilib. Qəzetin məlumatına görə, iclas dinləmə cihazları olmayan otaqda keçirilib. İnformasiya sızmasının qarşısını almaq üçün iclasdan əvvəl iştirakçıların telefonları yığılır. Lakin qəzet qapalı rejimdə baş tutan iclasın bəzi detallarını öyrənə bilib.

Məlum olub ki, komissiya yaxın vaxtlarda parlamentə gəlməli olan şəxslərin siyahısını Ermənistanın Müdafiə Nazirliyinə göndərib. Bu siyahıya Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da adı daxil edilib. Sarkisyanın dindirilməsindən sonra onun məhkəmə istintaqına cəlb olunacağı və daha sonra da həbsə atılacağı qeyd olunur. Bildirilir ki, keçmiş hərbi xuntanın digər üzvləri də həbsə atılacaq.


Hakimiyyət siyasi manipulyasiyalara üstünlük verir


Ermənistanın "Past” nəşri isə yazır ki, aprel döyüşləri haqqında bu cür münasibətdə olan Paşinyanın Davit Tonoyanı müdafiə naziri təyin etməsi də anlaşılmazdır. Qeyd olunur ki, indiki Ermənistan reallığında və tarixində dövlət üçün xüsusi hallarda daxili süni düşmən və xəyanətkarların axtarılması tez-tez baş verməkdədir: "Ümummilli problemlərin yaradılmasını və daha sonra bunların cəsarətlə dəf edilməsini sevirik. Hazırda erməni cəmiyyətinin "qaralara və ağlara” "inqilabçılara” və "əks inqilabçı düşüklərə”, "fəaliyyət göstərən milli hakimiyyətə və əksmilli keçmişdəkilərə” bölündüyü qeyd olunur. Qarabağ ətrafında baş verən bir sıra detallar, xüsusilə aprel döyüşlərindəki məğlubiyyət ortaya atılır və bu yolla siyasi gündəmi manipulyasiya mövzusuna çevirməyə çalışır, günahkarları axtarmağa cəhd edirlər. Döyüşlərdə həlak olanların valideynlərinin də aprel döyüşlərinin hədəfləri prosesinə cəlb edilməsi mənəvi norma sərhədlərinin keçilməsidir. Qəribədir ki, fəaliyyətdə olan hakimiyyət xüsusi taktiki gedişlə həlak olanlar amilinə rol verməklə siyasi manipulyasiyalar həyata keçirir və bu yeganə hal deyil. "1 Mart” qurbanlarının qanı da siyasi manipulyasiyalar mövzusuna çevrilməkdədir. Belə bir konteksdə spiker müavini Alen Simonyanın bu günlərdə səsləndirdiyi "aprel döyüşlərində Ermənistan məğlub olub” ifadəsi məntiqlidir. Hazırda Paşinyan hakimiyyəti tərəfindən günahsız şəxslərin və onların tökülən qanının siyasi hala çevrilməsi siyasi mənəviyyatsızlıqdan başqa xarakter daşımır. Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, bu cür məğlubiyyət ideologiyaları daşıyan siyasi qüvvə uğur əldə edə bilməz. Aydındır ki, onlarda məğlub olan və zəif mənəviyyat tərzi hegemonluq edir”.

Bundan başqa, bir neçə əhəmiyyətli faktları da qeyd edən qəzet yazır ki, aprel döyüşləri haqqında bu cür münasibətə malik olan Paşinyanın Davit Tonoyanı müdafiə naziri təyin etməsi anlaşılmazdır: "Xatırladaq ki, müdafiə naziri təyin olunan Davit Tonoyan aprel müharibəsi günlərində müdafiə nazirinin birinci müavini və bu sahənin xüsusi məsuliyyət daşıyan şəxslərindən olub. Təbii ki, Tonoyan general və bu sahədə formalaşmış şəxs kimi proseslərin ən incə detallarını parlaq şəkildə təsəvvür edir və məlumatlı olub. Ancaq hakimiyyətin niyə bu cür "milli” davranış tərzini nümayiş etdirdiyi izaholunmazdır. Bu ümumi prosesdə nə qədər maraqlı olsa da, onların diliylə desək, aprel iflası haqqında danışarkən Nikol Paşinyan və onun əlaltıları niyə bir sıra xüsusi məqamları unudurlar. Aprel müharibəsi günlərində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakopyan idi. Məlum olmayan səbəblərdən çox şübhəli məqamlar barədə hamı susur. Bundan əlavə, yayılan məlumatlara görə, Paşinyan fəaliyyətdə olan hakimiyyətin sevimli generalını Qarabağdakı seçkilərdə dəstəkləməyə hazırlaşır. Belə çıxır ki, hakimiyyətin irəli sürdüyü ittihamlar və şübhəli davranışı Hakopyandan başqa hamıya aiddir”.


"Paşinyan xəyanətkar axtararkən güzgüyə baxsın, bəlkə ona daha tez qovuşdu”


Ümumerməni zabitlər birliyinin üzvü Artur Buniatyan da məsələyə eyni prizmadan yanaşır: "Aprel döyüşləri sistemli bir sui-qəsd idi, detallar aydınlaşdırılmalıdır”.

Erməni politoloq Hayk Martirosyan isə baş verənlərin ölkədəki böhrandan diqqəti yayındırmağa hesablandığını vurğulayır. Onun sözlərinə görə, baş verən proseslər onu göstərir ki, dəyişiklik yaranmasa, yaxınlarda Ermənistanda saray çevrilişi olacaq: "Siyasi səhnədən keçmiş rejimi və onun qalıqlarını uzaqlaşdırmaq üçün kəskin fəaliyyət göstərməklə prosesləri başqa istiqamətdə aparmaq üçün bütün imkanlara malik olan hakimiyyət öz funksiyasını yerinə yetirməyib. Hazırda köhnə rejim yeni simalar, yeni qüvvələr, yeni güc və dəstəklə, o cümlədən yalnız daxildə deyil, hərtərəfli mübarizəyə qoşulub. Bu da məntiqə uyğundur.

Sülh şəraitində keçmiş rejim saray çevrilişi istiqamətində fəaliyyət göstərir. Bu ssenari ətrafında yalnız daxili deyil, bir sıra xarici güclərlə də həvəslə əməkdaşlıq edəcək mövcud hakimiyyət daxilindən insanlar tapılacaq. Belə olan halda Paşinyanı dəstəkləyənlər ordusunun sıfıra düşməsindən parlament çevrilişi istisna olunmur. Məhz "Mənim addımım” fraksiyasının müxtəlif qolları və parlamentin digər partiyaları tərəfindən saray çevrilişi olacaq”.

O qeyd edib ki, Paşinyan xəyanətkar axtararkən güzgüyə baxsın, bəlkə ona daha tez qovuşdu: "Belə olan halda indiki iqtidar hakimiyyətdə çox qala bilməz. Keçmiş siyasi xadimləri çoxdan siyasi səhnədən uzaqlaşdırıb türmələrdə cəzalarını çəkməli olduqları halda onların siyasi amilə çevrilmələri biabırçılıqdır. Bu, inqilab liderləri tərəfindən xalq inqilabına xəyanət deməkdir. Paşinyan ölkədə xaotik bir vəziyyət yaradıb”.

Bütün bu qeyd deyilənlər ondan xəbər verir ki, Ermənistanı qarşıdakı dövrdə daha böyük böhran gözləyir.


Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM