Alternative content

22:59 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin iştirakçıları Milli Məclisin deputatları ilə görüşüblər
YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin iştirakçıları Milli Məclisin deputatları ilə görüşüblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:20 11.07.2019

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi” layihəsi işini uğurla davam etdirir. Hər il olduğu kimi, bu il də "Yay məktəbi” ölkəmizin gözəl guşələrindən olan Lerik rayonundakı "Relax” istirahət mərkəzində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, istirahət mərkəzində beş gün müddətində YAP-ın gənc fəallarına Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilir, fikir mübadiləsi aparılır. Bu gün keçirilən seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP Siyasi Şuranın üzvü Hadi Rəcəbli layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs edib. Bildirilib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, həyatın bütün sahələrində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə görüşlərin təşkil olunmasını, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

H.Rəcəbli qeyd edib ki, gənclərimiz onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana töhfə verməlidirlər: "Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə çatmağa stimul verir”.

Milli Məclisin deputatı İqbal Məmmədov YAP-ın yaradıcısı, müasir müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır: "Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqamətini təşkil edib. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ümummilli lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüskarı olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib”.

Milli Məclisin deputatı bildirib ki, dövlətin gənclər siyasətinin formalaşmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I forumunun rolu inkaredilməzdir: "1996-cı il fevralın 2-də keçirilən bu forum Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirilib. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix - 2 Fevral - Azərbaycanda Gənclər Günü kimi elan edilib. Bu addım bir daha təsdiqləyib ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur. Sonrakı illərdə keçirilən gənclər forumları bir daha Azərbaycan gənclərinin fəallığının ildən-ilə necə artdığını nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur”.

Tədbirdə iştirak edən Milli Məclisin xanım deputatı Pərvin Kərimzadə bildirib ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfə verməlidirlər: "Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın indiki və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bizə düşən isə partiya fəalı olaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, hər zaman Heydər Əliyev ideyalarına dəstək olmaqdır”.

Müzakirə formatında davam edən seminarda gəncləri maraqlandıran suallar cavablandırılıb. Gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM