Alternative content

22:57 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tehran Vaşinqtonu İrana qarşı iqtisadi müharibəni dayandırmağa çağırdı
Tehran Vaşinqtonu İrana qarşı iqtisadi müharibəni dayandırmağa çağırdı
ANA SƏHİFƏ / DÜNYA
17:45 11.07.2019


ABŞ İrana qarşı iqtisadi müharibəni dayandırmayana, Avropa İttifaqı isə lazımi tədbirlər görməyənə kimi Tehran nüvə sazişi çərçivəsində addımlar atmaqda davam edəcək. Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif məlumat vermişdir. O xatırlatmışdır ki, Fransa Prezidentinin müşaviri Emmanuel Bon Tehrana səfəri zamanı gərginliyin artmasının qarşısının alınması təklifi ilə çıxış edərək demişdir ki, Paris bu məsələdə vasitəçilik rolu oynamaq istəmir.

"Biz cavab verdik ki, ABŞ İrana qarşı iqtisadi müharibəni dayandırmayana kimi qarşıdurmaya son qoymayacağıq. Ya ABŞ iqtisadi müharibəni dayandırmalı, ya da Avropa müvafiq addımlar atmalıdır” – deyə Zərif vurğulamışdır.

Nazir Nyu Yorkdakı iclasa gedib-getməyəci ilə bağlı sualı da cavablandırmışdır. Zərifin dediyinə görə, hələ ki onun Amerika vizası yoxdur: "Mən BMT-nin Nyu Yorkda keçiriləcək İqtisadi və Sosial Şurasının iclasına gedəcəyəm. Mənim Venesuelaya, habelə Latın Amerikasının digər iki ölkəsinə səfərim planlaşdırılıb” – deyə Zərif bildirmişdir.

Nazir onu da qeyd etmişdir ki, Tehran heç vaxt ABŞ-la danışıqlardan imtina etməyib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM