11 Iyul 2019 12:20
812
Mədəniyyət
A- A+

Nazir müavini: UNESKO-nun Şəki barədə tarixi qərarını böyük sevinc hissi ilə qarşıladıq


Azərbaycanın hər bir uğuru Türkiyə ictimaiyyətinin misilsiz sevincinə səbəb olur. "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə tarixi qərarı da böyük məhəbbətlə qarşıladıq.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam söyləyib.

Bu nailiyyəti bütün türkdilli ölkələr üçün əlamətdar hadisə kimi dəyərləndirən nazir müavini deyib: "Azərbaycan tarixi və müasir mədəniyyətinin özəlliklərilə türk dünyasında seçildiyi kimi Şəki də özünəməxsus dəyərləri ilə Azərbaycanda seçilməkdədir. Şəki əhalisinin əlamətdar xüsusiyyətləri, insanların nadir danışıq tərzi, o cümlədən bölgənin zəngin mətbəxi ayrı-ayrılıqda dəyərli mədəniyyət nümunələridir. Şəkinin pitisi və paxlavası bu torpağa ayaq basan hər kəsə Azərbaycanı sevdirən təamlardır. Təbii ki, bölgənin qədim tarixi, təbii və qazanılmış abidələri təkrarolunmaz bir mirasdır”.

Nazir müavini Sərdar Çam əminliklə bildirib ki, "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycana böyük uğurlar qazandıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video