Alternative content

23:32 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Batumidə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Batumidə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
11:12 11.07.2019

İyulun 11-də Batumi şəhərində Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk, Avropa İttifaqına və "Şərq Tərəfdaşlığı"na üzv olan altı tərəfdaş ölkənin yüksək vəzifəli şəxsləri, akademik dairələrin, qeyri-hökumət təşkilatlarının və biznes sektorunun nümayəndələri iştirak edirlər.

Azərbaycanı tədbirdə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil edirlər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər də iştirak edirlər.

Açılış mərasimində Gürcüstanın Baş Naziri Mamuka Baxtadze, Prezident Salome Zurabişvili, Xarici İşlər naziri David Zalkaliani, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk çıxış edərək "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın əsas prioritetləri barədə məlumat veriblər.

Konfransda "Şərq tərəfdaşlığı” proqramının nailiyyətləri, 2020-ci ilə qədər əməkdaşlıq planları və cari geosiyasi vəziyyət müzakirə olunacaq.

Bundan başqa tədbirdə əməkdaşlığın əsas istiqamətlərinə həsr olunmuş tematik sessiyalar təşkil olunacaq. İştirakçılar əməkdaşlığın gücləndirilməsi üçün və 2020-ci ildən sonra Avropaya inteqrasiya proseslərinin təşviqi ilə bağlı yeni ideyalarla bölüşəcəklər.

Tədbir iştirakçıları, həmçinin demokratik proseslər, Qara dənizdə təhlükəsizlik və bölgədə davam edən münaqişələr, tərəfdaşların Aİ ilə iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə yönəlmiş nəqliyyat, energetika və digər iqtisadi sahələr üzrə layihələri nəzərdən keçirəcəklər.

M.Məmmədquliyev konfransda çıxış edərək Azərbaycanın Avropa İttifaqı ilə, eləcə də "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığı barədə məlumat verəcək. Bununla yanaşı, o, panel sessiyalarda iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək.

Konfrans işini iyulun 12-də davam etdirəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM