Alternative content

23:23 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarşılıqlı dəstəyə əsaslanan məsuliyyətli tərəfdaşlıq
Qarşılıqlı dəstəyə əsaslanan məsuliyyətli tərəfdaşlıq
ANA SƏHİFƏ / SİYASƏT
01:26 11.07.2019


Donald Tuskun Bakı səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə mühüm töhfə verməklə yanaşı, yeni sazişin imzalanması prosesini bir qədər də yaxınlaşdırdı


"Azərbaycan Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaşıdır, bu ölkənin regionda oynadığı rol Aİ tərəfindən müsbət dəyərləndirilir”. Bu ilin may ayının

13-də Brüsseldə Prezident İlham Əliyevlə keçirdiyi görüşdə bu fikirləri səsləndirən Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk cəmi 2 ay sonra, iyulun 9-da Bakıda səsləndirdiyi bəyanatla bir daha tərəflər arasındakı münasibətlərin hansı səviyyəyə yüksəldiyini təsdiqlədi.

Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq edən cənab Tusk vurğuladı ki, bu gün Avropa İttifaqına üzv olan dövlətlər Azərbaycanla mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağı mühüm addım kimi dəyərləndirirlər.

Avropa İttifaqı Şurasının Prezidentinin bu mesajından tamamilə aydın olur ki, artıq Azərbaycan təkcə enerji sahəsində deyil, ümumiyyətlə, təhlükəsizlik aspektində Avropa üçün çox vacib tərəfdaşa çevrilib.

Bunu isə həm Azərbaycanın xarici siyasət kursunun səmərəliliyinin göstəricisi, həm də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi adlandırmaq olar. Azərbaycan Prezidenti tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi bu quruma üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.

Təkcə Avropa İttifaqı ilə Azərbaycan arasındakı son 16 ildə reallığa çevrilən siyasi və iqtisadi münasibətlərin inkişaf dinamikasına nəzər yetirsək əlaqələrin hansı səviyyədə olduğunu aydın şəkildə görə bilərik. Son 5 il ərzində isə münasibətlərin daha da dərinləşməsinin şahidiyik. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və tərəflər arasında imzalanan mühüm sənədlər bunu bir daha təsdiqləyir.

Donald Tuskun Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfəri isə bir daha əlaqələrin daha da möhkəmlənməsi, yeni sazişin imzalanması prosesinə mühüm töhfə verdi. Əgər Donald Tuskun 2012-ci ilin iyul ayında Azərbaycana etdiyi ilk səfər zamanı söylədiyi fikirlərə nəzər yetirsək görərik ki, həqiqətən də 5 il müddətində Azərbaycan Avropa İttifaqı münasibətləri müsbət dinamika ilə inkişaf edib.

Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti sayəsində gerçəkləşib. Elə Bakıda keçirilən görüş zamanı cənab Tusk da bu məsələyə toxunaraq vurğuladı ki, əldə edilən nailiyyətlər məhz cənab İlham Əliyevin konstruktiv rolu sayəsində reallığa çevrilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləyən Prezident

İlham Əliyev isə qarşılıqlı səfərlərin, aparılan danışıqların, imzalanan sənədlərin tərəfdaşlığı yeni səviyyəyə yüksəltdiyini söylədi və bəyan etdi ki, qarşıdakı illərdə bu tərəfdaşlıq daha müsbət məcrada inkişaf etdiriləcək. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin tərəfdaşlıq ruhuna və qarşılıqlı dəstəyə əsaslandığını söylədi.

Əlbəttə ki, münasibətlərin dərinləşməsi hər iki tərəfin maraqlarına xidmət edir. Çünki Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 50 faizini bu ittifaqın üzv ölkələri ilə olan ticari əlaqələr təşkil edir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycan Avropa İttifaqına üzv 9 dövlət ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri imzalanıb, 16 üzv ölkə ilə Hökumətlərarası Komissiya və İşçi Qrupları, İdarəetmə Komitəsi fəaliyyət göstərir. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyətdədir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları mövcuddur.

2018-ci ilin iyul ayının 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Donald Tuskun iştirakı ilə tərəflər arasında paraflanan "Tərəfdaşlıq prioritetləri”nin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını bir daha müəyyənləşdirdi. "Tərəfdaşlıq prioritetləri” 2018-2020-ci illəri əhatə edir və bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan vermiş oldu. Sənəddə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəa da öz əksini tapdı. Yəni burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur.

Elə Bakıya son səfəri zamanı mətbuata bəyanatında da Donald Tusk bir daha ərazi bütövlüyü məsələsinə toxunaraq vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır.

Cənab Tusk həmçinin bəyan etdi ki, ötən il tərəflər tərəfdaşlıq üzrə prioritetləri müəyyən edib və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Əlbəttə ki, bundan ilk növbədə hər iki tərəfin iqtisadiyyatı faydalanacaq və siyasi, biznes və mədəni münasibətlər dərinləşəcək. 2020-ci ildən Avropanı qazla təmin edəcək "Cənub qaz dəhlizi” isə tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.

Azərbaycanın nəqliyyat və logistika qovşağına çevrilməsi istiqamətində çox mühüm addımlar atdığını da vurğulayan diplomat Bakı Beynəlxalq Dəniz Ticarəti Limanını ölkəmizin Şərq və Qərb, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü adlandırdı.

Təbii ki, bu gün Azərbaycan Avropa üçün əhəmiyyətli nəqliyyat dəhlizi rolunu oynayır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrutun, Şərqlə Qərb arasında körpü rolunu oynayacaq nəqliyyat dəhlizinin istifadəyə verilməsi Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldır. Bakı-Tbilisi- Qarsın istifadəyə verilməsi də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafına müsbət təsir göstərib. Bu layihə bilavasitə Avropa İttifaqının da maraqlarına uyğundur.

Göründüyü kimi, Azərbaycan Aİ ilə öz münasibətlərini məhz çoxşaxəli sistem kimi formalaşdırır. Bu həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına uyğundur. Həm hazırlanmaqda olan yeni saziş, həm də Aİ ilə Azərbaycan arasında münasibətlər gələcəkdə hər iki tərəfə çox ciddi müsbət imkanlar yaradacaq.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin inkişafı çox önəmlidir. Yəni bu əlaqələr qarşılıqlı maraqlara söykənir. Avropa İttifaqı Azərbaycanı bir tərəfdaş kimi qəbul etməklə ölkəmizin dəyərlərinə böyük qiymət verir. Tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.

Beləliklə, Avropa İttifaqı ilə mühüm sazişin imzalanması ərəfəsində Donald Tuskun Azərbaycana səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan daha da möhkəmləndirdi. Bir daha bəlli oldu ki, Avropa İttifaqı da yeni sazişin imzalanmasında maraqlıdır və bu sənədin imzalanması ilə ikitərəfli münasibətlər bir çox sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM