Alternative content

12:13 19 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
03:14 19.10.2019 İşıqlı ölkə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müstəqil və qətiyyətli siyasətin növbəti təntənəsi
Müstəqil və qətiyyətli siyasətin növbəti təntənəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:21 11.07.2019


NATO-Rusiya danışıqları yenə də Bakıda keçirilir


Rusiya Federasiyası ilə NATO arasında növbəti danışıqlar yenə də Azərbaycanda keçiriləcək. Belə ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşü bu dəfə də Bakıda baş tutacaq.


Sayca beşinci görüş


Xatırladaq ki, Valeri Gerasimov sonuncu dəfə ötən ilin dekabrında Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı əvvəlki Ali Baş Komandanı Körtis Skaparrotti ilə görüşmüşdü. Bu dəfə isə NATO-nun Avropadakı komandanı kimi Tod Uolters Bakıya gəlir. Ümumiyyətlə isə Bakıda Rusiya ilə NATO arasında bu formatda görüşlərin tarixi 2017-ci ildən başlayır. Həmin ilin sentyabrında Valeri Gerasimovun NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilə görüşünə evsahibliyini Bakı etmişdi. 2018-ci ildə baş tutan növbəti iki görüşdə NATO tərəfini general Körtis Skaparrotti təmsil etmişdi. Bunlardan əvvəl isə Bakıda bir dəfə ABŞ-Rusiya ali hərbi danışıqları keçirilib. 2017-ci ilin fevral ayında keçirilən bu görüş 2014-cü ildən sonra ABŞ və Rusiya arasında baş tutan ilk ən yüksək səviyyəli hərbi danışıqlar idi. Beləliklə, Bakı beşinci dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara evsahibliyi edir.

Müxtəlif qütblərdə dayanan Rusiya ilə NATO arasında siyasi-hərbi mübahisə və gərginlik həmişə mövcud olub. Tez-tez kütləvi-informasiya vasitələrində NATO və Rusiya hərbçilərinin üz-üzə gəldiyi, təyyarələrinin bir-birinin hava zonasına, gəmilərinin isə dəniz sularına yaxın məsafələrdə manevrlər etdiyi barədə xəbərlər oxuyuruq. İki tərəf arasında davam edən əzələ nümayişi bir an da olsun dayanmır. Aydındır ki, hansısa qığılcım, tərəflərdən birinin emosiyalarını cilovlaya bilməməsi dəhşətli müharibənin başlanmasına səbəb ola bilər. Ona görə Rusiya ilə istər NATO, istərsə də ABŞ ali hərbi heyətləri arasında aparılan danışıqlar potensial hərbi toqquşmaların baş verməməsi üçün mühüm əhəmiyyət daşıyır. Bütövlükdə, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir. Ona görə belə danışıqlar dünyanın əksər siyasi-hərbi mərkəzləri tərəfindən maraqla izlənilir. Belə görüşlərdə hansısa sıradan məsələlər deyil, olduqca vacib, həm Avropanı, həm Amerikanı və bütövlükdə dünyanı narahat edən məsələlər, hərbi-siyasi nüfuz uğrunda mübarizədə yaranan ziddiyyətlər müzakirə olunur.


İlham Əliyevin yürütdüyü siyasət dünyada ehtiramla qarşılanır


NATO və Rusiya arasında aparılan danışıqların Azərbaycana aidiyyəti yoxdur. Amma bu danışıqlarda Rusiya və NATO ilə yanaşı, ölkəmizin də adı çəkilir. Çünki görüş yenə də Bakıda keçirilir. Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.

İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan ötən 16 ildə həm NATO, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirib. Üstəlik Azərbaycan Prezidentinin həm NATO üzvü olan dövlətlərin rəhbərləri, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri var. İlham Əliyev Amerikada və Avropada etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edilir. Bu mənada generalların görüş yeri üçün Bakının seçilməsi Prezident İlham Əliyevə olan etimadın, eyni zamanda Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının və ona böyük hörmətlə yanaşıldığının təzahürüdür.

Bəli, Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Respublikamız nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma rəsmi Bakının istər ABŞ, istər Avropa və istərsə də Rusiya ilə çox yaxşı siyasi münasibətləri var. Öz uğurlu siyasəti ilə respublikamız təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır, sülhyaratma proseslərində fəal iştirak edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.


Azərbaycan yeganə unikal məkandır


Azərbaycan həm də regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir. Zəngin təbii resurslara malik olan respublikamızın enerji siyasəti isə bütün tərəfdaş ölkələrin inkişafına və rifahına xidmət edir. Eyni zamanda respublikamız mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir. Son illərdə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi” kimi layihələr respublikamızın nüfuzunu daha da yüksəldib. Xatırladaq ki, NATO rəhbərliyi də Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini yüksək qiymətləndirib. Ona görə bu layihələr ölkəmizin Cənubi Qafqazdakı lider statusunu daha da möhkəmləndirib.

Bu layihələr təsdiq edir ki, Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Azərbaycan dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfə verən ölkə kimi də tanınır. Humanitar forum üzrə Bakı platformasına dünyanın dörd bir yanından elm adamları, siyasətçilər qoşulublar. Təbii ki, bütün bunlar beynəlxalq səviyyədə yaxından izlənilir. Bunları dəyərləndirən həm NATO, həm də Rusiya Azərbaycana etibar edir və təsadüfi deyil ki, danışıqların aparılması üçün də məkan olaraq həmişə Bakını seçirlər. Çünki Azərbaycan onların görüşə biləcəyi yeganə unikal məkandır.

Bütövlükdə, NATO-Rusiya danışıqlarının Bakıda keçirilməsinin artıq ənənə halını almasının əsas səbəbləri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi həm də ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artıran mühüm amildir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM