Alternative content

10:58 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın mədəni irsinə verilən dəyərin xoş sorağı dünyanı dolaşmaqdadır
Azərbaycanın mədəni irsinə verilən dəyərin xoş sorağı dünyanı dolaşmaqdadır
ANA SƏHİFƏ / Mədəniyyət
01:18 11.07.2019


Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlməkdə, istər iqtisadi-siyasi, istərsə də sosial-mədəni sahələrdə uğurları artmaqdadır. Ölkəmizin mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində reallaşmışdır. Həmin əməkdaşlığın nəticəsidir ki, bu gün "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bütün bunlar, eləcə də Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bariz nümunəsidir.

Bu günlərdə həmin nümunələr sırasına Bakıda uğurla davam edən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” də daxil edilmişdir. Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Bilirik ki, unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı dövlətimizin daim diqqətində olmuşdur. Odur ki, UNESKO tərəfindən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi ictimaiyyətdə xoş əhvali-ruhiyyə yaratmışdır. Bu uğur və xoş xəbər münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev demişdir: "Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaralar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. UNESKO tərəfindən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Keçmişinə və milli-mədəni irsinə verilən bu yüksək dəyər münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın şəhər və kəndlərini dolaşmaqda olan bu xoş xəbərlə xalqımızı təbrik etmişdir. Birinci vitse-prezidentin rəsmi "Instagram” səhifəsində edilən paylaşımda deyilir: "Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!”

Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə edilərkən əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri Azərbaycanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda yerləşir.

Xatırladaq ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Bundan əlavə, hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu da diqqətə çatdırılıb.

Müzakirələr zamanı Küveytdən, Anqoladan, Çindən, Bəhreyndən, Braziliyadan, İndoneziyadan, Tanzaniyadan, Tunisdən, Qırğızıstandan, Bosniya və Herseqovinadan, Uqandadan, Norveçdən, Zimbabvedən, Burkina-Fasodan, İspaniyadan, Qvatemaladan, Avstraliyadan olan nümayəndələr bu nominasiyanın Ümumdünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıblar.

Azərbaycan nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.

Müzakirələrdən sonra "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Bakının evsahibliyi etdiyi bu mötəbər tədbirdə dünya ictimaiyyətinin, habelə dünya kütləvi informasiya vasitələrinin də diqqətini cəlb edən xoş xəbər milyonların sevincinə səbəb olmuşdur. Bunu redaksiyamıza daxil olan müraciətlərdən, telefon bağlantılarından, internet əlaqələrindən və qəzetimizin internet poçtuna göndərilən ürək sözlərindən də aydın hiss etmək mümkündür. Məsələn, Rusiya Federasiyasının Uzaq Şərq vilayətinin Ussuri şəhərindən Azərbaycan diaspor mərkəzinin rəhbəri Mehman Həsənovun redaksiyamıza ünvanladığı teleqramında deyilir: "Hörmətli redaksiya! Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması, konkret desək, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda təsdiqlənməsi bizi sevindirir. Bu xoş xəbəri Moskva televiziya kanallarından eşitmək isə bizə çox xoş oldu. Azərbaycanın adına, tarixinə, mədəni irsinə göstərilən qayğı və diqqətə görə Ussuridə yaşayan azərbaycanlılar adından, ilk növbədə, Azərbaycan dövlətinin rəhbərlərinə minnətdarıq və bu uğura görə nəinki Azərbaycanda yaşayan soydaşlarımızı, bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirik”.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində uğurla davam edən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qonşu İran və Türkiyə mətbuatında da geniş işıqlandırılıb. "Anadolu” agentliyi, NTV və TRT Avaz kanalları və digər nüfuzlu xəbər mənbələri bu barədə türkdilli oxuculara ətraflı məlumat veriblər. Çox qürurverici haldır ki, Azərbaycanın mədəni irsinə verilən dəyərin xoş sorağı dünyanı dolaşmaqdadır.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM