Alternative content

22:55 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Halal zəhmət, xoş güzəran
Halal zəhmət, xoş güzəran
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:17 11.07.2019


Bol məhsullu taxıl zəmiləri göz işlədikcə uzanıb gedir. Dənə dolub ağırlaşan sünbüllər asta mehin təsiri ilə dəniz kimi dalğalanır. Torpaqdan güc alıb bara dolan sarı sünbüllər sanki torpağa minnətdarlıqla baş əyir. Bərəkət dənizini seyr etdikcə qeyri-ixtiyari adamın qəlbindən xoş duyğular keçir. Taxılımızın, çörəyimizin bolluğu ölkəmizin iqtisadi qüdrətini şərtləndirən mühüm amillərdəndir. Bu şərəfli məqsəd uğrunda çalışan, zəhmət çəkən, tər axıdan hər kəsin əməyi alqışa layiqdir.

Bərdə rayonunun Ərəblər kəndində "Kəhrəba” fermer təsərrüfatının taxıl zəmisinin kənarındayıq. Həmsöhbətimiz təsərrüfatın rəhbəri Salman Musayevdir. Ali təhsilli kənd təsərrüfatı mütəxəssisi olan Salman Musayev uzun illərdir ki, mehrini torpağa salıb. Böyük həvəslə əkib, biçir.

Salman Musayev:

- Torpağın mayası halallıqdır. O heç zaman borclu qalmır. Çəkilən zəhmətin, axıdılan alın tərinin əvəzini həmişə birə min qaytarar. Biz əsasən taxıl toxumçuluğu ilə məşğuluq. Demək olar ki, artıq bu sahə üzrə ixtisaslaşmışıq. Keçən il 87 hektar sahədə taxıl əkib-becərdik. Hər hektardan 47 sentner məhsul götürdük. İstehsal etdiyimiz 310 ton toxumluq taxılın çox hissəsini rayonun təsərrüfatlarına satdıq. Qonşu rayonlardan yaxşı toxum sorağına gələnləri də əliboş qaytarmadıq. Şəmkirdən, Kürdəmirdən gəlib, bizdən toxum alan fermerlər zəng vurub razılıq edirlər.

Bu il taxıl əkini sahələrini genişləndirib, 117 hektara çatdırmışıq. Becərmədə bütün aqrotexniki tələblərə ciddi əməl olunmuşdur. Nəticə sevindiricidir. Zəmilərin məhsuldarlığı keçən ildəkindən xeyli çox olacaq. Biçinə başlamışıq. İlkin hesablamalar göstərir ki, hər hektardan azı 50 sentnerdən çox taxıl götürə biləcəyik.

Çəkdikləri zəhmətin fərəhli bəhrələrindən həvəslə danışan Salman Musayevin söhbətindən məlum oldu ki, təsərrüfatın üzvləri pambıqçılıqda və baramaçılıqda da böyük uğurlara imza atırlar. Keçən il pambıq tarlalarının hər hektarından orta hesabla 36 sentner "ağ qızıl” götürüblər. Bu il isə 42 hektar sahədə pambıq əkib-becərirlər. Artıq ikinci kompleks becərmə başa çatmaq üzrədir. Hədəf cari ildə hər hektarın orta məhsuldarlığını azı 40 sentnerə çatdırmaqdır.

Dövlətin aqrar sektorun inkişafına verdiyi dəstəkdən güc alan bu hünərvər əmək kollektivi baramaçılığa da böyük önəm verir. Fermer təsərrüfatının sahələrində Çin Xalq Respublikasından gətirilmiş 15 min məhsuldar tut tingi əkilmişdir. Bu il azı 250 kiloqram keyfiyyətli barama tədarük etmək əzmindədirlər. Artıq barama tədarükünə başlanmışdır. İlk nəticələr isə sevindiricidir.

Halal zəhmət Salman Musayevi və rəhbərlik etdiyi kollektivin üzvlərini firavan həyata, xoş güzərana qovuşdurub. İstehsal etdikləri bol məhsulla ölkə iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr verən bu zəhmət adamları sərf etdikləri əməyin qarşılığında yaxşı qazanc əldə edirlər.

Salman Musayev söhbətini belə yekunlaşdırdı: 

- Bütün uğurlarımızın mayasında dövlətimizin güclü dəstəyi, kənd əməkçilərinin də böyük hamisi olan Prezident İlham Əliyevin qayğısı və diqqəti dayanır. İstehsal etdiyimiz taxılı, pambığı, baramanı real bazar qiymətlərinə satıb böyük mənfəət qazanırıq. Bütün bunlardan əlavə, dövlət istehsal etdiyimiz məhsula görə bizə yüksək səviyyədə subsidiya verir. Təkcə keçən il 35 min manata yaxın subsidiya almışıq.

Lazım QULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM