11 Iyul 2019 01:16
621
İQTİSADİYYAT
A- A+

Uğurlardan arxayınlaşmırlar


Füsunkar təbiəti, buz bulaqları, yaşıl meşələri, zəngin flora və faunası ilə fərqlənən Gədəbəydə işgüzar insanların fədakarlığı sayəsində hər ili uğurlu göstəricilərlə yola salırlar. İndi rayonda kimi axtarsan əkin sahələrində taparsan. Rayon sakinləri əkib becərdikləri məhsulları vaxtında toplamaq üçün hər səhər tezdən sahələrə çıxıb, var-qüvvələri ilə çalışırlar.

Rayon icra hakimiyyətində, aqrar inkişaf mərkəzində qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən söz açanda bizə dedilər ki, əvvəlki illərdə olduğu kimi, cari ilin ötən aylarında da rayonda uğurlu göstəricilər əldə edilmiş, ölkə rəhbərinin sərəncam və tapşırıqları uğurla icra olunmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə təkcə cari ilin birinci rübündə ümumdaxili məhsul istehsalının həcmi 6,4 faiz çox olmuş, sənaye məhsulu istehsalı 5,6 faiz artaraq 38933,4 min manat təşkil etmişdir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üçün nəzərdə tutulmuş 16 tədbirin icrası ilə bağlı layihələrin həyata keçirilməsinə başlanılmışdır. Abadlıq işləri çərçivəsində şəhərin Səməd Vurğun küçəsində səkilər yenidən qurulmuş, yüksək gərginlikli elektrik xətləri yer altına keçirilmiş, istinad divarları üzlənmiş, ticarət obyektləri əsaslı təmir edilmiş, Dilarə Əliyeva küçəsində genişmiqyaslı işlər aparılmışdır.

Daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı tədbirlər davam etdirilmişdir. Nəticədə ilin başlanğıcında rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 225 min manat investisiya cəlb edilmişdir. Həmin investisiya hesabına Maarif kəndində "Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi yeni istehsal sahəsi, Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan və 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələri yaradılmışdır.

Həyata keçirilən tədbirlər heyvandarlığın inkişafını da sürətləndirir. Hazırda rayonda 45208 baş qaramal, 233228 baş isə davar saxlanılır. İlin əvvəlindən keçən dövr ərzində 22,5 min sentner ət, 46,9 sentner süd istehsal edilmişdir. Heyvandarlığın inkişafı istiqamətində qabaqcıl texnologiyalara üstünlük verilmiş, süni mayalanmadan əldə olunan balaların sayı artmışdır. Mal-qaranı xəstəliklərdən qorumaq üçün rayon baytarlıq idarəsi nəzarəti gücləndirmişdir.

Bu il rayon məşğulluq mərkəzinə müraciət edənlərin 283 nəfəri müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin olunmuşdur. Rayon məşğulluq mərkəzində qeydiyyatda olan rayon sakinləri üçün təşkil edilmiş təlimlər də başa çatmış, 49 nəfər işaxtaran aktivlərlə təmin olunmuşdur. Bundan başqa rayonda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 120 nəfərlə bağlanmış müqavilə "DOST İş Mərkəzi” MMC-yə göndərilmişdir. Vətəndaşların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədilə yaradılan komissiya həyata keçirilən işləri nəzarətdə saxlayır.

Rayonun yol infrastrukturunun yenilənməsi istiqamətində də işlər davam etdirilir. Hazırda dövlət başçısının sərəncamı ilə ayrılmış vəsait hesabına Arıqdam-Söyüdlü-Soyuqbulaq və Gədəbəy-Novosaratovka-Qaravəlilər-İsalı-Zamanlı avtomobil yolları yenidən qurulur.

Məlum olduğu kimi, Gədəbəy həm də turistlərin maraq göstərdikləri məkanlardandır. Hər il bu səfalı bölgəyə minlərlə yerli və xarici turist gələrək, yay istirahətini burada keçirir. Onların istirahətini mənalı etmək üçün də şərait yaradılmışdır. Belə ki, ilk dəfə olaraq milli-mədəni dəyərlərimizi, tariximizi və çoxsaylı ənənələrimizi özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcəkdir. Festivalla əlaqədar rayonun Miskinli yaylağının ərazisində orijinal üslubda "Yaylaq Yurdu” adlı etnoqəsəbə yaradılmışdır.

Beləcə, dağlar qoynunda yerləşən Gədəbəy rayonu gündən-günə inkişaf edir. Bu inkişaf rayon sakinlərinin doğma yurda olan məhəbbətlərini daha da artırır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video