Alternative content

23:35 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Metronun “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyası istifadəyə verilib
Metronun “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyası istifadəyə verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:50 10.07.2019

"Bakı Metropoliteni” QSC-nin "Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyası istifadəyə verilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla metropolitenin istismar fəaliyyətinin təşkilində xüsusi rol oynayan və lokomotiv parkının elektrik təchizat sisteminin müasir standartlar səviyyəsində yenidən qurulması başa çatdırılıb.

"Bakı Metropoliteni” QSC-nin "Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında inşa olunmuş yarımstansiya 2 mərtəbəli binadan ibarətdir. Birinci mərtəbəsi xidməti otaqların və elektrik xətlərinin əsas daşıyıcı sahəsidir. İkinci mərtəbədə idarəetmə personalının avtomatik iş yeri və elektrik təchizatını təmin edən avadanlıqlar yerləşir.

2018-ci ildə "Nərimanov” elektrik deposu ərazisində istismara verilmiş daha bir alçaldıcı yarımstansiyada olduğu kimi, burada da bu sahədə ixtisaslaşmış "Siemens” şirkətinin avadanlıqları və sistemləri quraşdırılıb. Eyni istehsalçının avadanlıq və sistemlərindən istifadə olunması yarımstansiyanın işini daha səmərəli və keyfiyyətli qurmağa kömək edir, eləcə də avadanlığın istismarı və qulluğu asanlaşır. Avtomatik iş yerinin qurulmasında dövrün tələbləri nəzərə alınıb və idarəetmə müasir mikroprosessor sistemli telemexanika şkafı ilə aparılır və dispetçer idarəetməsinə tabe etdirilib.

Yarımstansiyada hərəsindən 2 ədəd olmaqla, 1000 kilovatlıq güc, 630 kilovatlıq işıqlandırma, işarəvermə sistem və qurğuların tələbatı üçün nəzərdə tutulmuş 40 kilovatlıq transformatorlar quraşdırılıb. Bununla daha bir əhəmiyyətli nailiyyət əldə olunaraq, şəbəkələrin bir-birindən ayrılması depoda elektrik təchizatının sabitliyini və etibarlılığını daha yüksək səviyyədə təmin etməyə imkan verib. Yeni yarımstansiyada 6 kilovoltluq komplekt paylayıcı və 4 ədəd 0,4/0,23 kilovoltluq paylayıcı qurğular da qoyulub. Bu qurğuların üstünlüyü onların avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Bununla gələcəkdə bölmələrin yenisi ilə əvəzlənməsi mümkün olacaq. Burada yeni standartlar səviyyəsində gel əsaslı hermetik akkumulyatorlar sahəsi, sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi yaradılıb, ventilyasiya sistemi quraşdırılıb.

Ümumiyyətlə, aparılan yenidənqurma tədbirləri nəticəsində "Nərimanov” elektrik deposunun funksionallığı artmaqla yeni istismar, istehsalat, təmir və yenidənqurma sahələri yaradılıb. Bu sırada yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı sahəsi, yenidən qurulmuş və infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılmış vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər. Hazırda depoda yeni tipli mərkəzləşmə məntəqəsi, fərqli istehsalat sahələrinin tələblərini optimallaşdıran təmir-bərpa sexlərindən ibarət mərkəzləşmiş emalatxanalar şəbəkəsi yaradılır. Yeni yarımstansiya elektrik təchizatına olan tələbatın ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM