Alternative content

01:45 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Monako Avropada 5G rabitəsindən istifadə edən ilk ölkədir
Monako Avropada 5G rabitəsindən istifadə edən ilk ölkədir
ANA SƏHİFƏ / DÜNYA
18:20 10.07.2019


Monako Avropada beşinci nəsil mobil rabitə (5G) şəbəkəsindən istifadə edən ilk dövlət olmuşdur. "Monaco Telecom” şirkətinin prezidenti Etyen Franzinin dediyinə görə, artıq knyazlığın bütün ərazisində 5G mobil rabitəsi işləyir. Bu barədə "Kommersant” qəzeti xəbər verir.

Məlumata görə, şəbəkənin avadanlığı Çinin "Huawei” şirkəti tərəfindən hazırlanıb quraşdırılmışdır.

Xatırladaq ki, aprel ayının əvvəlindən Cənubi Koreyanın "SK Telecom”, KT və "LG Uplus” telekommunikasiya şirkətləri ölkə əhalisinə beşinci nəsil mobil rabitəsi (5G) xidməti təqdim etməyə başlamışdır. Cənubi Koreya dünyada bu mobil rabitəsi standartını kommersiya istismarına verən ilk dövlətdir.

Ötən ay ölkənin nəhəng "Samsung Electronics” şirkətinin mütəxəssisləri altıncı nəsil rabitə (6G) texnologiyaları sahəsində tədqiqatlara başlamışlar. Tədqiqatlar Seuldakı elmi mərkəzdə aparılır. Güman olunur ki, 6G standartı 2025-ci ildə beşinci nəsil mobil rabitəsini əvəzləyəcək.