Alternative content

01:42 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Itochu” SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlıdır
“Itochu” SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:18 10.07.2019

Yaponiyanın "Itochu” Korporasiyası SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlıdır.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iyulun 10-da şirkətin prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, "Itochu” Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

R.Abdullayev "Itochu”nun prezidenti K.İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibətilə təbrik edib, "Itochu” ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Yapon nümayəndə heyətinin rəhbəri K.İşi Bakıya ilk dəfə gəldiyini söyləyib, SOCAR-da olmaqdan məmnunluğunu ifadə edib. "Itochu”nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs edib, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.

Xatırladaq ki, "Itochu” "Əsrin müqaviləsi” çərçivəsində "Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi "Star” neft emalı zavodunun tikintisində iştirak edib.