Alternative content

07:42 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şəkinin ümumdünya irsi olması ilə bağlı bəyanat yayıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şəkinin ümumdünya irsi olması ilə bağlı bəyanat yayıb
ANA SƏHİFƏ / Mədəniyyət
16:56 10.07.2019

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Fond bu münasibətilə Azərbaycan xalqı ilə birlikdə bütün türk dünyasına təbriklərini çatdırıb.

Bəyanatda deyilir: "Öz mədəni abidələrini, mənəvi irsini qoruyub saxlamaq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm əhəmiyyətə malik fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun bilavasitə təşəbbüsü və səyləri nəticəsində Azərbaycanın mədəniyyət abidələri və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun siyahılarında öz layiqli yerini tutmuşdur.

Qədim İpək Yolu üzərində yerləşən, tarixən tolerantlıq şəhəri kimi tanınan Şəki dünya mədəniyyətinə karvansaraylar, məscidlər, körpülər, sənətkarlıq emalatxanaları kimi unikal memarlıq nümunələri, Qafqazın əsas ipək istehsalı mərkəzi olaraq qeyri-maddi mədəniyyət incisi kimi kəlağayı bəxş etmişdir.1763-cü ildə Hüseyn xan tərəfindən inşa etdirilən, minlərlə müxtəlif rəngli şüşələrdən yığılmış və Azərbaycanın dekorativ tətbiqi sənət növü olan şəbəkə-pəncərələrdən istifadə edilmiş Şəki Xan Sarayı dünya əhəmiyyətli tarixi memarlıq abidəsidir. Bu qürurverici hadisə türk dünyasının bir parçası olan Azərbaycana məxsus nadir memarlıq abidəsinin beynəlxalq miqyasda daha da tanınmasına öz töhfəsini verəcək və türk dünyası ilə UNESKO arasında yeni-yeni əməkdaşlıq körpülərinin salınmasına səbəb olacaqdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, yaxın gələcəkdə Naxçıvandakı "Möminə Xatun Türbəsi”, Suraxanıdakı "Atəşgah”, eləcə də, işğal altında olan Dağlıq Qarabağ torpaqlarında yerləşən "Yuxarı Gövhər Ağa” məscidi, "Qarabağ Xan Sarayı” və s. kimi böyük memarlıq abidələri də UNESKO-nun Ümumdünya İrs Siyahısında öz əksini tapacaqdır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM